Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Rusiyada baş həkim yoxa çıxıb-Navalnıya ilkin tibbi yardım göstərmişdir

 

                        Daha 1 həkim istefa vermiş, 2-si isə infarkt və insultdan ölmüşdü

Yenixeber.org: Rusiyanın müxalifət lideri Aleksey Navalnının zəhərlənməsindən sonra ilk müalicəni həyata keçirən Omsk xəstəxanasının baş həkimi Aleksandr Muraxovsk yoxa çıxıb.

Keçən ilin oktyabr ayında Omsk bölgəsinin səhiyyə direktoru vəzifəsinə təyin olunan Muraxovskin Sibirin cənubunda meşə sahəsinə ova getdiyi və bundan sonra həkimdən heç bir xəbər alınmadığı bildirilir.

Rusiya polisinin Muraxovski meşə sahəsində pilotsuz təyyarələr və bir heyətlə axtardığı qeyd olunur. Rusiya Daxili İşlər Nazirliyinin yaydığı açıqlamada, axtarış işlərinin çətinliyi səbəbindən bölgəyə əlavə qüvvələrin göndərildiyi bildirilib. Rusiya mediasında yer alan xəbərlərdə həkimin telefon siqnallarının aşkarlandığını və yaxın gələcəkdə tapılacağını yazılıb.

2020-ci ilin 20 avqustda Rusiyanın Tomsk şəhərindən Moskvaya uçan təyyarəyə minən Navalnının vəziyyəti pisləşincə Omsk xəstəxanasına aparılmışdı.

Qeyd edək ki, bundan öncə Navalnıya Omsk xəstəxanasında yardım göstərən daha bir həkim işindən istefa vermiş, daha 2 həkim isə infarkt və insultdan ölmüşdü.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam