Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Mənşəyi məlum olmayan -209 kq heyvan cəmdəyi aşkarlandı

Mənşəyi məlum olmayan 209 kq heyvan cəmdəyi aşkarlandı

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən keçirilmiş birgə əməliyyat tədbiri zamanı Salyan rayonu ərazisində Biləsuvar rayon Bəydili kənd sakini Əzizli Seymur Teymur oğluna məxsus "Mercedes E220" 99-EN-804 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə baxış keçirilib.

Yenixeber.org: Agentlikdən bildirilib ki, baxış zamanı avtomobilin yük yerində baytarlıq baxışından keçməmiş və antisanitar şəraitdə daşınan, ümumi çəkisi 209 kq iki baş mənşəyi məlum olmayan heyvan cəmdəyi aşkar olunub.

Heyvan cəmdəklərindən nümunələr götürülərək, ekspertizanın keçirilməsi üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib. Faktla bağlı araşdırma davam etdirilir.

Agentlik bir daha vətəndaşları bu kimi hallarla bağlı diqqətli olmağa çağırıb və şübhə doğuran heyvan mənşəli məhsullarla bağlı məlumatları olduqda aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına və Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat vermələrini xahiş edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam