Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycanın iştirakı ilə -İMF yeni regional inkişaf mərkəzi yaratdı

Azərbaycanın iştirakı ilə İMF yeni regional inkişaf mərkəzi yaratdı

Beynəlxalq Valyuta Fondu (İMF) Qafqaz, Mərkəzi Asiya, Monqolustan Potensialın İnkişafı Regional Mərkəzini (CCAMTAC) təsis edib.

Yenixeber.org: İMF xəbər verir ki, təşkilatla yanaşı üzv ölkələr olan Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Tacikistan, Türkmənistan, Özbəkistanın, habelə inkişaf tərəfdaşlarının müştərək layihəsi olan CCAMTAC-ın maliyyələşdirilməsində tərəfdaşlardan İsveçrə, Koreya Respublikası, Polşa, Asiya İnkişaf Bankı (ADB) ilk iştirak edənlərdir.

“Fiziki baxımdan yerləşdiyi Almatı şəhərində fəaliyyətə başlayanadək virtual formatda açılacaq olan bu mərkəz iqtisadi siyasətin hazırlanmasında, təsisatların inkişaf etdirilməsində region ölkələrilə İMF-in çalışmalarının daha da genişlənməsində mühüm vasitədir”, – deyə Fondun açıqlamasında qeyd olunur.

İMF-in bütövlükdə 17 regional potensialın inkişaf mərkəzindən biri olan CCAMTAC İMF idarəçi direktoru Kristalina Georgiyeva ilə Qazaxıstan Milli Bankının sədri Erfbolat Dosayev arasında 14 dekabr 2020-ci il tarixli anlaşma məktubuna əsasən yaradılıb. Mərkəzin Əlaqələndirmə Komitəsinin yanvarın 28-də keçirilən ilk iclasında mərkəzin fevral ayında açılacağı qərarlaşdırıldı, ilk aylarda fəaliyyət proqramı təsdiqləndi. CCAMTAC-da çalışacaq 7 uzunmüddətli müşavirin səlahiyyətləri aşağıdakı sahələri əhatə edəcək:

  • Makroiqtisadi təhlil
  • Vergi və gəlir siyasəti
  • Pul-kredit və maliyyə sektoru
  • Makroiqtisadi statistika.

Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam