Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“QARABAĞ MƏSƏLƏSİNDƏ QƏTİYYƏTİMİZİ DÜNYAYA GÖSTƏRDİK” -Ərdoğan + VİDEO

 

Türkiyə Prezidenti, Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan ölkənin doqquz vilayətində keçirilən partiya konqresinə onlayn şəkildə qatılıb. Konqres iştirakçılarına müraciətində dövlət başçısı hazırda Türkiyə və dünyada mövcud olan problemlərdən danışıb. Ölkəsinin xarici siyasəti ilə bağlı maraqlı açıqlamalar verən Ərdoğan Qarabağ məsələsinə də toxunub.

Yenixeber.org: “Şərqi Aralıq dənizindən başlayaraq Qarabağ məsələsinədək güclü iradəmizlə bütün dünyaya qətiyyətimizi göstərdik”, - deyə Türkiyə prezidenti bəyan edib.

R.T.Ərdoğan ölkəsinin istismar və istibdad üzərində qurulan və əsrlər boyu davam edən dünya düzənini dərindən sarsıtdığını bildirib.

“Artıq masa üstündə cızılan xəritələr bölgəmizdə tətbiq edilə bilməz. Təbii sərvətləri qarət etmək üçün vətəndaş müharibələri və terror hadisələri asanlıqla təşkil oluna bilməz. Türkiyəyə qarşı aparılan kampaniyanın məzmununa nəzər yetirin. Hər birinin arxasında bu məsələni görəcəksiniz. Kim nə deyirsə desin, tarix öz hökmünü verir”, - deyə dövlət başçısı qeyd edib.

                                                  ***

“Türkiyənin regional və qlobal gücü artdıqca ölkəmizə olan hücumların artması bir həqiqətdir”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) 9 vilayətdə keçirilən konqresində videokonfrans formatında çıxışı zamanı deyib.

O qeyd edib ki, Türkiyə Şərqi Aralıq dənizindən Qarabağadək ortaya qoyduğu güclü iradəni dünyaya nümayiş etdirib: “Türkiyə öz həmlələri ilə zülm və müstəmləkələr üzərində qurulan əsirlik planları kökündən dəyişdirə bilib. Artıq bağlı qapılar arxasında qurulan planlar məsumların qanı bahasına baş tutmur. Bu planları pozan bir ölkə olaraq Türkiyənin masa başında oturmaması mümkündürmü? Kim nə deyirsə desin tarix öz hökmünü verir”, - deyə Ərdoğan qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam