Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Oruç Reis" gəmisi geri qayıtdı –Türkiyə hökumətindən AÇIQLAMA


Aralıq dənizində enerji kəşfiyyat işləri aparan “Oruç Reis” gəmisi geri qayıdıb.
Yenixeber.org: Türkiyənin ana müxalifət partiyası CHP (Cumhuriyət Xalq Partiyası) “Oruç Reis” gəmisinin Antalya şəhərinə geri qayıtmasını sərt tənqid edib. Hökumətin bu qərarı “geri addım” kimi qiymətləndirilib. CHP-dən verilən açıqlamada Türkiyənin haqlı mübarizədə yoluna davam etməyinin vacibliyi vurğulanıb.

Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyi isə mövzu ilə bağlı açıqlama verərək bildirib ki, “Oruç Reis”in qayıtmasına səbəb ayda bir dəfə texniki baxım və gəmidə xidmət edən personalın dəyişdirilməsidir:
“Ayda bir görülməsi vacib olan həmin işlərin tamamlanmasından sonra gəmi yenidən enerji-kəşfiyyat işləri apardığı yerə qayıdacaq”.
Qeyd edək ki, bir müddət əvvəl Türkiyə Aralıq dənizində enerji-kəşfiyyat işləri aparması üçün “NAVTEX” elan edərək “Oruç Reis” adlı gəmi göndərmişdi. Türkiyənin bu addımı Avropa ölkələrində sərt tənqid edilmişdi. Fransa, İtaliya, Almaniya, Yunanıstan kimi ölkələr Türkiyəyə qarşı mövqelərini açıqlamışdı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam