Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Daşkəsəndə polisin qoyun alıb pulunu ödəməməsi ilə bağlı -RƏSMİ AÇIQLAMA


Daşkəsən rayon Çovdar kəndinin sakinləri, əslən Kəlbəcərdən olan 4 məcburi köçkün ailəsi sözügedən rayonun polis şöbəsinin əməkdaşının onlardan 103 quzunu aldığını və pulunu ödəmədiyi iddiaları ilə bağlı saytlarda xəbər yayımlanıb.

Yenixeber.org: Həmin iddialarla bağlı DİN Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov saytımıza açıqlama verib: "Daşkəsən rayonunda məskunlaşan Kəlbəcər rayon sakinlərinin iddiaları həqiqətə uyğun deyil və böhtan xarakterlidir.
Qeyd edim ki, vətəndaş Əfqan Musayev  iyul ayının ayının 14-də Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi” Xidmətinə müraciət edərək Gəncə şəhər sakini Seymur Rzayevə 7000 manat dəyərində 63 baş xırdabuynuzlu  heyvan satdığını və pulunu ala bilməməsi barədə məlumat verib. Həmçinin  vətəndaş Alqayıt Allahverdiyev də DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə müraciət edərək S. Rzayevə  14850 manat məbləğində 103 baş xırdabuynuzlu  heyvan satdığını və pulunu ala bilmədiyini deyib. Müraciətlər barədə dərhal Daşkəsən rayon Polis Şöbəsində araşdırılma aparılmış və hər iki şikayətçi qəbul edilərək dinlənilib. Onlara məhkəməyə müraciət etməli olduqları izah olunub. Yayımlanan videoda Seymur Rzayevin xırdabuynuzlu heyvanları qardaşı Daşkəsən RPŞ-nin əməkdaşı, Şahin Rzayevlə birlikdə almağa gəlməsi iddiası həqiqətə uyğun deyil və böhtan xarakterlidir. Belə ki, polis əməkdaşı Şahin Rzayev uzun müddətdir ki, qardaşı Seymur Rzayevlə əlaqələrini kəsib və hadisə baş verən vaxtı orda iştirak etməyib".

Xatırladaq ki, Daşkəsən rayon Çovdar kəndinin sakinləri, əslən Kəlbəcərdən olan 4 məcburi köçkün ailəsi sözügedən rayonun polis şöbəsinin əməkdaşının onlardan 103 quzunu aldığını və pulunu ödəmədiyini iddia ediblər. Məsələ ilə bağlı Yeniavaz.com-a müraciət edən sakinlər iddia edirlər ki, bir müddət əvvəl Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşı polis serjantı Rzayev Şahin, atası Rzayev Akif, qardaşları Seymur və Ceyhunla birgə, polis avtomobili ilə gələrək onlardan quzu almaq istədiklərini bildiriblər. Sözügedən şəxslər pulunu daha sonra ödəyəcəklərini vəd edib təsərrüfatla məşğul olan məcburi köçkün ailələrindən hər biri 145 manatdan olmaqla 103 ədəd quzu alıblar. Məcburi köçkün ailələri isə, həmin şəxslərin pulu vəd etdikləri vaxtdan – 2 iyuldan 28 gün keçməsinə baxmayaraq hələ də, ödəmədiklərini bildirirlər. Məsələ ilə bağlı Daşkəsən Rayon Polis Şöbəsi və Daxili İşlər Nazirliyi ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam