Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bakı şəhərinin - bütün rayonlarında iməclik keçirilir

 

Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə bugün Bakı şəhərinin bütün rayonlarında iməclik keçirilir.

Yenixeber.org: Ölkə rəhbərliyinin yaşıllıqların mühafizəsi və Bakı şəhərinin görkəminin qorunması ilə bağlı tövsiyə və göstərişlərinə uyğun olaraq şəhərimizdə ərazilərin təmizlik-abadlığı ilə bağlı iməcliklər keçirilmişdir.

Bu iməcliklərdən biri də Nərimanov rayonunda təşkil olunub. Rayon ərazisində bütün mərkəzi prospektlər, küçələrdə təmizlik-abadlıq işləri aparılıb.

Belə ki, rayonun Heydər Əliyev prospekti, Atatürk prospekti, Həsənoğlu, A.Neymətulla küçələrində, F.X.Xoyski prospektində, Azadlıq prospekti, Xətai prospekti, Təbriz küçəsi və digər mərkəzi küçələrdə fəaliyyət göstərən obyektlərin vitrin şüşələri təmizlənmiş, küçələrdə qurumuş ağaclar budanmış, mövsümi gül kolları dəyişdirilmiş, səkilər və ağaclar su ilə yuyulmuş və yaşıllıqlara aqrotexniki xidmətlər göstərilmişdir.

Ərazidə olan yaşıllıqlara daimi qulluq göstərilməsi məsələləri Rayon İcra Hakimiyyəti tərəfindən nəzarətdə saxlanılır.

Aksiya çərçivəsində küçələrdə olan qanunsuz küçə ticarəti təmizlənmiş, metroların giriş-çıxışları yuyularaq təmizlənmişdir.

Bu işlər hər həftənin şənbə günləri davam etdiriləcəkdir.

Ümumilikdə rayon ərazisində keçirilən iməclikdə 2,5 mindən çox rayon təsərrüfatı xidməti işçiləri, idarə, təşkilat, ictimaiyyət nümayəndələri iştirak etmişdir.

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam