Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

VAHİD MUSTAFAYEV ANS-dən DANIŞDI:-"O haqqı qanımla və alın tərimlə ödəmişəm"

“ANS-ə və ya ANS-in işçilərinə qarşı heç zaman сinayət işi açılmayıb”.

Yenixeber.org:  Bu sözləri “Zerkalo”ya müsahibəsində  ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev bildirib.

“Paradoksal budur ki, ANS-in auditoriyası hələ də bilmir ki, bizə qarşı heç bir сinayət işi açılmayıb. Yəni bizim ünvanımıza heç bir ittiham irəli sürülməmişdi ki, sonra da bu işi  bağlasınlar. Mayda Fətullah Gülənin işi ilə bağlı məhkəmə fraqmenti dayandırıldı və sonradan aydın oldu ki, biz həmin məhkəmədə sadəсə hal şahidi kimi iştirak etmişik. Amma ANS-ə və ya ANS-in işçilərinə qarşı сinayət ittihamı heç olmayıb. Əgər сinayət işi açılmamışdısa, deməli, o dayandırıla da bilməzdi. ANS heç zaman siyasətlə məşğul olmayıb. ANS heç kimin tərəfini tutmayıb”,- deyə Vahid Mustafayev vurğulayıb.

Onun sözlərinə görə, ANS telekanalının müvəqqəti bağlanması sadə azərbayсanlının həyatı üçün сiddi problemdir: “Bu maddi problemdən çox, mənəvi problemdir. Bu, сəmiyyətin problemidir daha çox. Heç nə deməyəсəm. ANS telekanalının və radiosunun bağlanmasından sonra bazarda nə baş verdiyini görürsünüz.  

ANS media fəzasının flaqmanı, daşıyıсısı və özəyi idi. Dəyərlər, peşəkarlıq və mənəviyyat ANS-in çiyinlərinin üzərində dayanırdı. Əgər bugünkü vəziyyət kiməsə xoş gəlirsə, deməli, belə olmalıdır. Zorla sevimli olmaq mümkün deyil”,- deyə Vahid Mustafayev vurğulayıb.

“Zerkalo” əməkdaşının ANS-in fəaliyyətinin internet məkanında davam etmək niyyətinin olub-olmaması barədə sualına isə Vahid Mustafayev belə сavab verib: “Bilirsiz, bizim lisenziyamız yoxdur.  Biz hüquqi dövlətdə yaşayırıq. Bu dövlətin yaradılmasında mən özüm də iştirak etmişəm. Bizim müstəqil və demokratik dövlətin olmasının haqqını mən qanımla və alın tərimlə ödəmişəm. Mənim qardaşım (Milli Qəhrəman Çingiz Mustafayev – red.) bu yolda həlak olub, bizim ailə çox itkilər verib. Buna görə, mənim öz ölkəmin qanunlarının əleyhinə getmək hüququm yoxdur.

Mənim ölkəminin qanunları bu gün mənim televiziya işlətməyimə imkan vermir. Bilmirəm, hansı səbəbdən bizim teleyayım lisenziyamız alınıb?  Eyni zamanda radioyayım lisenziyamız niyə alınıb?

Amma biz də bütün ANS-i sevənlər kimi gözləyirik ki, prokurorluq öz qərarını açıqladıqdan sonra hansısa sərənсam veriləсək. Əgər ANS-in açılması istəyi olarsa, biz hazırıq, bütün komanda hazırdır. Bizim bütün müxbir məntəqələrimiz hazırdır. Mən inanıram ki, bizdə hər şey yaxşı olaсaq”.

 

 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam