Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bakıda kütləvi müşahidə edilən - "Vanessa cardui" kəpənəkləri

 

Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutu Bakıda, eləcə də şəhər ətrafında kəpənəklərin kütləvi şəkildə müşahidə edilməsinin səbəbini açıqlayıb.

Yenixeber.org: İnstitutun "Quru onurğasızları" laboratoriyasının kiçik elmi işçisi Nigar Yusifova bildirib ki, son günlərdə Bakı şəhərində kütləvi şəkildə rast gəlinən kəpənək növü Vanessa cardui növüdür. Bu növ hər il Şimali Afrikadan başlayaraq Aralıq dənizi, Qara dəniz, eləcə də region ölkələrin üzərindən Mərkəzi Avropa istiqamətində miqrasiya edir:

"Vanessa cardui 5000 km məsafəyə qədər miqrasiya etmək xüsusiyyətinə malikdir. Nəzərə alaq ki, Azərbaycan bu növün miqrasiya yoluna çox yaxın yerləşir. Bu növün kütləvi yayılmasının əsas səbəbi onların miqrasiya etməsidir. Hazırda ölkəmizlə yanaşı, Kipr, İsrail və Türkiyədə də bu növün kütləvi artması səs-küyə səbəb olub".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam