Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycan əhalisinin piylənmə problemi

Azərbaycan əhalisinin piylənmə dərəcəsinə görə Gürcüstan və Qazaxıstandan öndədir

Azərbaycan əhalisinin piylənmə dərəcəsinə görə Gürcüstan və Qazaxıstandan öndədir

Yenixeber.org: Xəbər verir ki, Azərbaycan əhalisinin piylənmə dərəcəsinə görə Gürcüstan, Qazaxıstan,Tacikistan, Qırğızıstan və Türkmənistandan daha öndədir. Bunu Azərbaycan Bariatrik-Metabolik Cərrahiyyə Assosiasiyasının sədri Taryel Ömərov 5-ci Beynəlxalq Bariatrik-Metabolik Cərrahiyyə Konqresində çıxışı zamanı deyib.

O bildirib ki, qadınlarda kişilərdən iki dəfə çox piylənməyə rast gəlinir. Piylənmənin qarşısını almaq üçün hormonal balansa diqqət yetirmək lazımdır: “Piylənmənin əsrin bəlası olan xərçənglə sıx əlaqəsi var. Ən çox piylənmə xərçəngdən əziyyət çəkən pasiyentlərdə müşahidə olunur. Piylənmədən əziyyət çəkməyən insanlar daha çox təbii qidalarla qidalanırlar". 

Həkim bildirib ki, piylənmənin əsas fəsadlarından biri ikinci tip şəkərli diabetdir: “2030-cu ildə 438 milyon insan ikinci tip şəkərli diabetdən əziyyət çəkəcək. 2040-cı ildə bu rəqəmin 642 milyona çatacağı proqnozlaşdırılır. Bariatrik cərrahiyyə təkcə piylənmə ilə deyil, eyni zamanda piylənmədən əmələ gəlmiş xəstəliklərlə də mübarizədir. 2015-ci ildə aparılmış bir araşdırmaya görə, hər 6 saniyədən bir şəkərli diabet xəstəliyinə tutulmuş insanlardan biri dünyasını dəyişir” (ONA)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam