Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Çiy su orqanizm üçün faydalıdır

"Suyu qaynatmadan içmək orqanizm üçün daha faydalıdır"

İnsanların əksəriyyəti qaynanılmış suyun orqanizmə ziyanlı olduğunu düşünərək onu çiy halda içir.

Su qaynadıqda tərkibindəki kalsium, maqnezium, karbonat və digər minerallar buxarlanır.

Həkim-fitoterapevt Esmira Zeynalova bu barədə deyib: “Su nə qədər çox qaynayırsa, bir o qədər ağırlaşır və nəticədə çətin mənimsənilir. Daim qaynadılmış su içənlərin dəri rəngi solğun, saçları cansız olur. Mütəxəssislərin fikrincə, çiy su içənlərin fiziki aktivliyi daha yüksəkdir. Görünür, bir dəfədən artıq qaynayan suyun “ölü su” adlandırılması heç də təsadüfi deyil. Su 60 dərəcə qaynayandan sonra onun tərkibində olan minerallar parçalanır və orqanizmdə fəsad yaradır. Gün ərzində hər kiloqram bədən çəkisi üçün 30 milliqram çiy su qəbul edilməlidir”.

Onun dediyinə görə, suyu qaynatmadan içmək orqanizm üçün daha faydalıdır. Qaynanmış su içməkdən çəkinənlər unutmamalıdırlar ki, təmizləmə prosesindən keçmiş suyun qəbulu orqanizmə müsbət təsir göstərir və müxtəlif filtrlər vasitəsilə həmin problemi aradan qaldırmaq olar.

Sağlam və yetkin kişilərdə bədən ağırlığının 60, qadınlarda isə 50 faizinin sudan ibarət olduğunu nəzərə alsaq, maye qəbulunun əhəmiyyətini daha aydın dərk etmək olar.(AZƏRTAC)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam