Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Uşaqlarda öskürəyi azaltmağın 5 SADƏ YOLU

Evinizdə edə biləcəyiniz sadə yollarla uşağın öskürəyinin azalmasına yardımçı ola bilərsiniz

 

Yenixeber.org: Qış aylarının gəlişi ilə birlikdə xəstəliklər də artıb. Uşaqların immunitet sistemi zəif olduğu üçün infeksiyalara daha tez yoluxurlar. Xəstəlik sağalsa da, uzun müddət davam edən öskürək əl çəkmək bilmir.

Burnu tez-tez duzlu su ilə yuyun

Dəniz suyu tərkibli burun damcısı, spreyi, ya da evdə hazırladığınız duzlu su ilə uşağınızın burnunu gün ərzində təmizləyin.

Yastığını yüksəldin

Uşaq düz yerdə yatanda öskürürsə, yastığını bir az dikəldin.

Soyuq buxar tətbiq edin

Uşağınıza 3-4 saat ara ilə 5-10 dəqiqə boyunca soyuq buxarı qəbul etdirin. Bu, tənəffüs yollarındakı qıcıqlanmanı aradan götürür.

Öskürək siropunu özbaşına istifadə etməyin

Bəzi dərmanlar öskürəyi zəiflədərkən bəziləri bəlğəm dağıdıcı olduğu üçün öskürəyi gücləndirir. Həm də bu siropların uşağın sinir sistemi üzərində mənfi təsiri var. Buna görə uşağa ehtiyacı olan öskürək siropunu həkimin tövsiyəsi ilə verin.

Ballı limonlu su hazırlayın

Bir neçə damcı ilıq suyun içində əridilmiş bala limon suyu əlavə edərək, gecə yatmadan əvvəl uşağa içirin. Boğaz qıcıqlanmasını rahatladır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam