Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Torqovı”nı “ərəbski” qızlar bürüyüb –Foto/Reportaj

Yenixeber.org:  …90-cı illərdə, lap elə 7-8 il əvvələ qədər Bakının mərkəzində rusdilli adamlara daha çox rast gəlmək olardısa, son vaxtlar qulaqlarımız tez-tez ərəbdilliləri eşitməyə öyrəşməkdədir.

Fəvvarələr meydanında, hamımızın dediyi “Torqovı”da daha “ruski yazıçnı” qızlardan çox, ərəb xanımları görmək olar.

► Butiklər, restoranların ərəb alıcıları…

Onlar çadraya, başörtüyünə bürünsələr də, əllərində bahalı son model mobil telefonlarla, planşetlərlə şəhərin mərkəzindən canlı yayım edərək öz ölkələrindəki yaxınlarına bağlanırlar, ən yaxşı restoranlarda otururlar, qəlyan çəkirlər, “Torqovı”dakı butiklərə, brend mallar olan mağazalara daxil olurlar.

Kəsəsi, Fəvvarələr meydanı, İçərişəhər, Qız qalası ətrafı, bulvar ərəblərlə dolub-daşır. Onların əksəriyyəti Birləşmiş Ərəb Əmirliklərindən gələnlərdir.

İraq, Səudiyyə Ərəbistanı, Bəhreyn, Qatar Küveyt kimi ərəb ölkələrindən də turistlər az deyil. Ancaq ərəb qonaqların arasında qadınlar üstünlük təşkil edir. Hər halda müşahidələrimizdən bu nəticə çıxır.

► “Monqol turistlərin monqol dublyonkası”

Amma məşhur filmdə deyildiyi kimi, “görəsən monqol turistləri monqol dublyonkasını burdan niyə alırlar” sualı yerinə düşür. Çünki turizm siyasətini bu şəkildə anlayan restoran sahibləri obyektlərin adlarını ərəbcə qoyur, ərəb mahnıları səsləndirirlər.

Ərəblər isə Bakını Avropa, dünyəvi həyatı olan bir şəhər kimi tanıdıqları üçün bura barlara, gecə klublarına getmək üçün gəliblər, restoranlarımızda milli mətbəximizi dadmaq, Azərbaycan musiqilərini eşitmək istəyirlər. Bizimkilər isə onlara öz malını təklif edirlər.

Əslində, ərəblər açıq havada konsertlər, yarmarkalar görmək arzusundadırlar, kreativ projelərə təəccüblənmək istəyirlər. Bakının mərkəzindəki obyektlər isə boz, adi biznes işi qurublar.

Emil Salamoğlu/AzEuroNews.com/ 


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam