Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
Günün xəbəri

"Adamın yoxdursa, dərəcə də ala bilməyəcəksən..." -

Keçən günlərdə “Neftqaztikinti” trestinin işçiləri adından redaksiyamıza daxil olan müraciəti təqdim etdik. Müraciətdə narazı fəhlələr sosial durumlarının ağır olmasından gileylənərək SOCAR Prezidenti Rövşən Nəcəfdəın konkret tələblərinin olduğunu da ifadə etmişdilər.

Onlar “Neftqaztikinti” trestinin rəhbəri Qağaməli Seyfullayevin yarıtmaz fəaliyyətini irəli sürərək onun yerinə daha səriştəli və bacarıqlı kadrın gətirilməsini istəmişdilər.
Qeyd edək ki, bu məlumatı paylaşdıqdan sonra iddia olunanlarla bağlı cavab vermək əvəzinə Qağaməli Seyfullayev fərqli davranmağa üstünlük verdi və bizə aid sosial şəbəkələrdə "Qağaməli Seyfullayev layiqli kadrdır" kimi fikirləri deyən trollarının rəy hücumlarını təşkil etdi. Bununla sanki reallıqdakı eybəcərliklər ört-basdır olunmuş oldu. Hər halda, SOCAR rəhbərliyi bütün baş verənlər barədə gerçək bilgilərə malikdir. Biz isə işçilərin hazırki durumlarını əks etdirən daha bir neçə giley dolu müraciəti təqdim edirik...
Əvvəli BURADA: "Adamın yoxdursa, dərəcə də ala bilməyəcəksən..." - ETİRAZ VAR...
“Neftqaztikinti” trestinin işçisi olan Yunis Camalov yazır: "Qağaməlinin yaltaqları haqq etmədikləri məvacibin müqabilində ARDNŞ-ni Seyfullayevləşdirən bu zatı tərifləməylə məşğuldular. Bu yaltaqlar da yaxşı bilirlər ki, Qağaları nə kimi hoqqalardan çıxıb və çıxmaqda davam edir. İnşallah, Respublikanın mötəbər təşkilatları hərəkətə keçərək Qağaməli haqqında Azərbaycan Respublikası Qanunları çərçivəsində tədbir görərlər və Rövşən Nəcəf nəhjayətdə yuxudan ayılar... ARDNŞ-i heç kimin arxa baxçası deyil..."
“Neftqaztikinti” trestinin işçisi olan İzzət Əhmədov yazır: Mənim kimilərinin - Əhmədov İzzətin adamı yoxdur deyə yalandan adama quru vəd verirlər... Bunu əvəzində isə öz adamları 6-cı dərəcə ilə fırlanırlar..."
“Neftqaztikinti” trestinin işçisi olan Teymur Məmmədli isə belə yazır: Dərəcə problemi çox çətindir. 18 ildir ki, dənizçiyəm... 4-cü dərəcədə qalmışam. Elə işçi də var ki, 40 ildir 4-cü dərəcədə qalıb..."

Dia-az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam