Hər Kəs Qarşısında Yusif Müəllimi Gorsun!" – Qanunları Saymayan Sədərək Rəhbərliyi Mətbuat Katibi Yox, Bazar Səviyyəsi! — "Sədərək Yusif"in Adamı Həddini Necə Aşdı?
Yenixeberorg.com: Bu sətirlər jurnalist Sima Babayevanın FB səhifəsindəki yazısında yer alır...
Ölkədə qanunun aliliyinin təmin olunması, şəffaflığın artırılması və vətəndaş məmnuniyyətinin qorunması istiqamətində dövlət səviyyəsində ciddi islahatlar aparıldığı bir vaxtda, bəzi kölgəli ticarət imperiyalarında hələ də 90-cı illərin "reket" və "bazar" təfəkkürü hökm sürməkdədir.
Söhbət paytaxtın ən böyük ticarət qovşaqlarından biri olan və adı mütəmadi olaraq müxtəlif qalmaqallarda hallanan "Sədərək" Ticarət Mərkəzindən və onun rəhbərliyindən gedir.
Son günlər sosial mediada və müxtəlif platformalarda “Sədərək Yusif” adı ilə tanınan iş adamı barədə ciddi iddialar səsləndirilir. iddialar sadəcə bir iş adamının fəhlə haqqını kəsməsi deyil, həm də dövlət qurumlarına, qanunlara və mətbuata qarşı açıq-aşkar hörmətsizlik nümayişidir.
İddialara görə, "Sədərək Yusif" kimi tanınan iş adamı öz şəxsi mülkündə daşma hovuz tikdirib, lakin iş icraçısına, zəhmətkeş bir ustaya çatmalı olan 20 880 manat vəsaiti ödəməkdən boyun qaçırıb.
Məsələnin nə dərəcədə real olub-olmadığını dəqiqləşdirmək, qarşı tərəfin mövqeyini öyrənmək məqsədilə Sədərək Ticarət Mərkəzinin mətbuat katibi Kəmaləddin Qədim ilə əlaqə saxlanılsa da, qarşılaşdığımız mənzərə rüsvayçılıq olub.
Bir qurumun rəsmi sözçüsü kimi fəaliyyət göstərməli olan şəxs, mətbuat katibinə xas etik davranış qaydalarını bir kənara qoyaraq, jurnalistlərlə piştaxta arxasındakı küçə leksikonu ilə danışmağa başlayıb. Bağırmaqla, hədə-qorxu gəlməklə medianın səsini kəsməyə çalışan Kəmaləddin Qədim, rəhbəri Yusif Qədimbəylinin adından qeyri-normal və aqressiv cavablar verərək:
"Hər kes qarşısında Yusif müəllimi görsün!" — deyə bəyanat verib.
Bu davranış bir daha sübut edir ki, bu şəxslər hələ də rəsmi mətbuat xidmətinin funksiyasının nə olduğunu anlamayıb, özlərini qanunlardan üstün tutan köhnə "bazar qanunları" ilə idarə edirlər.
Qanuni fəaliyyəti çərçivəsində Sədərək Ticarət Mərkəzindəki vergi və şəffaflıq məsələləri, o cümlədən mağazalarda kassa aparatlarının olmaması və kütləvi vergi yayınmaları ilə bağlı suallar verildikdə isə təhdidin şiddəti daha da artıb. Mətbuat katibi yenidən "Yusif müəllim" xofu yaradaraq medianı susdurmağa cəhd edib.
Mediada gedən rəsmi və qeyri-rəsmi məlumatlar, araşdırmalar göstərir ki, Sədərək Ticarət Mərkəzində milyonlarla manat dəyərində vergi yayınmaları mövcuddur.
Nəzarət-kassa aparatlarının tətbiqindən yayınmaq, nağdsız hesablaşmalara keçidə mane olmaq dövlət büdcəsinə vurulan ən böyük zərbədir. Sual olunur: Dövlətin vergisini mənimsəyən, qanunlarını saymayan bir sistem, sadə fəhlənin haqqını niyə versin ki?
Məsələnin dərinliyinə vardıqca ortaya daha maraqlı və şübhəli şəbəkə çıxır. Mövzu ilə bağlı mərkəzdə işləmiş keçmiş polis işçisi, Salyanın keçmiş icra başçısı Tahir Kərimovun qardaşı Azər adlı şəxslə əlaqə saxlanılıb. O, jurnalistlərə "Vaqif" adlı bir nəfərin əlaqə saxlayacağını bildirərək bir telefon nömrəsi ötürüb. Lakin sözügedən nömrəyə zəng edərkən məlum olub ki, nömrə ümumiyyətlə işləmir!
Bu isə onu göstərir ki, Sədərək rəhbərliyi və onların ətrafındakı məmurlar, medianı aldatmaqla, zaman qazanmaqla və manipulyasiya etməklə məşğuldurlar. Bu saxtakar taktikalar artıq işə yaramır. Media qarşısında tülkü nağılı danışmaq dövrü bitib!
Ən dəhşətlisi isə budur ki, mediada və cəmiyyətdə "Sədərək Yusif"in adının "5-ci kolon"un (dövlət daxilində xarici maraqlara xidmət edən gizli şəbəkə) üzvü kimi hallanmasıdır.
Dövlətin iqtisadi sütunlarını vergi yayınmaları ilə sarsıtmaq, sahibkarları incitmək, fəhlənin haqqını yemək və ictimai narazılıq yaratmaq elə "5-ci kolon"un ən bariz fəaliyyət metodudur.
Dövləti aldadan, onun büdcəsindən oğurlayan bir zehniyyətin, gecə-gündüz soyuqda, istidə öz zəhməti, alnının təri ilə çalışan bir ustanın, bir fəhlənin 20 880 manatını verməməsi təəccüblü deyil.
Lakin unudurlar ki, Azərbaycan fəhləsinin, vətəndaşının arxasında Azərbaycan Dövləti və onun polad iradəsi dayanır!
Sədərək Ticarət Mərkəzinin rəhbərliyinə və onun "piştaxta təfəkkürlü" mətbuat katibinə xatırladırıq:
Heç kim qanundan üstün deyil! Nə "Yusif müəllim"iniz, nə də arxasında gizlənməyə çalışdığınız kölgəli fiqurlar sizi hüquqi məsuliyyətdən xilas edə bilməyəcək. Dövlətin vergisindən yayınıb, fəhlənin pulunu mənimsəyib, jurnalistləri təhdid etmək dövrü çoxdan arxada qalıb.
"Yenixeberorg" olaraq qarşı tərəfin cavab haqqını tanıyırıq.

AZ
RU