Redaktor seçimi
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Günün xəbəri

"General Hospital" hepatit aşkarlanan vətəndaşa saxta sağlamlıq arayışı verdi -ŞİKAYƏT

"General Hospital" hepatit aşkarlanan vətəndaşa saxta sağlamlıq arayışı verdi - ŞİKAYƏT

Bakıda fəaliyyət göstərən "General Hospital" daha bir vətəndaşa saxta sağlamlıq arayışı verib. "Yaşam Medical" klinikası isə vətəndaşa düzgün olmayan analiz cavabı göndərib.

Yenixeberorg.com: Redaksiyamıza müraciət edən Ruslan Hüseynov bildirib ki, paytaxtda yerləşən restoranlardan birində çalışan zaman "Yaşam Medical" klinikasının əməkdaşları ondan qan analizi götürüblər:

"20 manat da ödəniş etdim. Bir neçə gün sonra, 14 mart 2026-cı il tarixində analizin cavabı gəldi. Cavabda heç bir problemin olmadığı bildirildi.

Bir müddət sonra isə başqa bir restoranda işləməyə başladım. Bu səbəbdən sağlamlıq kağızı almalı idim. Beləliklə, digər bir özəl klinikada qan analizi verdim. Məndə hepatit aşkarlandı. Qeyd edim ki, bu analiz cavabı 4 may 2026-cı il tarixində qeydə alınıb. Məlum oldu ki, yoluxma uzun müddət əvvəl baş verib.

Şikayətim "Yaşam Medical" klinikasındandır. Nəyə görə vətəndaşların verdikləri analizlər düzgün yoxlanılmır? Düzgün yoxlasaydılar, hepatitə yoluxmağım barədə daha tez məlumatlı olardım.

Onu da qeyd edim ki, məndə bu xəstəlik aşkarlanandan sonra yenidən yoxlanış etmək istədim. Bu dəfə "General Hospital"a müraciət etdim, lakin məlum oldu ki, həmin klinika heç bir yoxlanış etmədən saxta sağlamlıq arayışı verir. Mənə kart nömrəsi göndərdilər, ödəniş etdim. Ertəsi gün isə mənə sağlamlığımda heç bir problem olmadığı barədə saxta arayış göndərdilər".

Xatırladaq ki, "General Hospital" dəfələrlə saxta sağlamlıq arayışlarının verilməsi ilə bağlı gündəmə gəlib. Hətta bu məsələ ilə bağlı cinayət işi də başlanılmışdı. Onu da qeyd edək ki, "General Hospital" klinikasının baş həkimi Rüstəm Mikayılovdur.("Unikal")

Seymur Əli

"General Hospital" hepatit aşkarlanan vətəndaşa saxta sağlamlıq arayışı verdi - ŞİKAYƏT"General Hospital" hepatit aşkarlanan vətəndaşa saxta sağlamlıq arayışı verdi - ŞİKAYƏT"General Hospital" hepatit aşkarlanan vətəndaşa saxta sağlamlıq arayışı verdi - ŞİKAYƏT"General Hospital" hepatit aşkarlanan vətəndaşa saxta sağlamlıq arayışı verdi - ŞİKAYƏT"General Hospital" hepatit aşkarlanan vətəndaşa saxta sağlamlıq arayışı verdi - ŞİKAYƏT"General Hospital" hepatit aşkarlanan vətəndaşa saxta sağlamlıq arayışı verdi - ŞİKAYƏT

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam