Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bakıda məşhur göz həkimi Cahid Şahbazovun QUDURĞANLIĞI... -BU NƏDİ BELƏ?

      Bakıda məşhur göz həkimi Cahid Şahbazovun QUDURĞANLIĞI... - BU NƏDİ BELƏ?
      Bakıda tanınmış “Kaddeh” restoranında xoşagəlməz hadisə yaşanıb.
Yenixeber.org: Redaksiyamıza daxil olan məlumata görə, məşhur göz həkimi Cahid Şahbazov içkili halda restoranda davaya səbəb olub.
Belə ki, o, Birinci Qarabağ müharibəsi qazisinin qızı Günel Məmmədovaya (ad və soyad şərtidir-red.) qarşı əxlaqsız hərəkətlər edib. Günel Məmmədova özü bu haqda saytımıza məlumat verib:
“Xalq artisti Aygün Kazımovanın pərəstişkarı olduğuma görə, dünən “Kaddeh” restoranındakı çıxışı üçün bilet aldım. Aygün xanım ifa edən zaman ona yaxınlaşaraq videoya çəkməyə başladım. Daha sonra Cahid Şahbazov gəldi və mənə toxundu. Əvvəl düşündüm ki, insandır, keçərkən istəmədən toxuna bilər. Lakin yanılmışam. Adam məni tanımadan qucaqlamağa başladı. Mən onu rədd etdikdə isə “izin verməyəcəkdinsə, bura niyə gəlirdin” dedi. Onu itələyib, uzaqlaşdım və dərhal yoldaşıma zəng etdim”.
G.Məmmədova deyir ki, restoran sahibi həkimi oradan uzaqlaşdırmaqdan imtina edib:
“Yoldaşım restorana gəldikdə artıq özümdə deyildim. Çox qorxmuşdum. Həm də dalaşmışdım deyə təzyiqim yüksəlmişdi. Restoran sahibindən həkimin bu hərəkətindən sonra niyə onu kənarlaşdırmadığını soruşduqda “Onlar 20 nəfərlik masa götürüblər, qova bilmərəm” dedi.
Hadisə yerinə polis və təcili yardım briqadası gəldi. Təəssüf ki, restoran sahibi Cahid Şahbazovu deyil, bizi oradan uzaqlaşdırdı. Yoldaşıma restorana daxil olmağa icazə vermirdi, əksinə, işçilərə yoldaşımı uzaqlaşdırmağı tapşırırdı. Sağ olsun polislərimiz, gəlib Cahid Şahbazovu bölməyə apardılar”.
Cahid Şahbazovun və “Kaddeh” restoranının rəhbərliyinin mövqeyini dərc etməyə hazırıq.(Globalinfo.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam