Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

AHİK sədri Səttar Möhbalıyev Avropa Həmkarlar İttifaqları Konfederasiyasının qurultayında iştirak edib-FOTOLAR

Mayın 23-26 tarixində Almaniyanın paytaxtı Berlin şəhərində Avropa Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) qurultayı keçirilib.
Tədbirdə 400-ə yaxın nümayəndə iştirak edib. Ölkəmiz Qurultayda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının və Pan Avropa Regional Şurasının vitse-prezidenti Səttar Möhbalıyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.
Yenixeber.org: Öncə ev sahibi Almaniya Birləşmiş Həmkarlar İttifaqları Təşkilatının sədri Yasmin Fahimi qonaqları salamlayaraq tədbiri açıq elan edib. O, çıxışında dünyada gedən proseslər, o cümlədən Rusiya-Ukrayna müharibəsi və onun Avropaya təsiri, COVID-19-un sosial-iqtisadi sahədə törətdiyi fəsadlardan söz açıb. Bildirib ki, Avropa İttifaqında bəzi qanunlarda dəyişikliklər aparılmalı, elə iqtisadiyyat yaratmaq lazımdır ki, hamı bundan razı olsun. Bunun üçün də sosial tərəfdaşlarla daha sıx və müştərək iş aparılmalıdır.
Sonra Almaniyanın Federal Kansleri Olaf Şolts, Avropa Parlamentinin vitse-prezidenti Evelin Regner, Avropa İqtisadi və Sosial Komitəsinin prezidenti Oliver Röpke və Avropa Komissiyasının prezidenti Ursula von der Leyen çıxış ediblər.
Qurultayda Ester Linç növbəti dəfə Avropa Həmkarlar İttifaqları Konfederasiyasının Baş katibi seçilib.
Qeyd edək ki, Avropa Həmkarlar İttifaqları Konfederasiyası 41 ölkədə 45 milyon işçini təmsil edir.
AHİK sədri Səttar Möhbalıyev Qurultay çərçivəsində Avropa Həmkarlar İttifaqları Konfederasiyasının Baş katibi Ester Linç, Beynəlxalq Əmək Təşkilatının Baş direktoru Gilbert F.Houngbo, Almaniya Birləşmiş Həmkarlar İttifaqları Təşkilatının sədri Yasmin Fahimi, Yunanıstan Ümumhəmkarlar İttifaqları Konfederasiyasının sədri Giannis Panagopoulos və başqaları ilə görüşlər keçirib, ikitərəfli münasibətlər müzakirə olunub.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam