Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

“Nar” Novruz bayramını azad edilmiş ərazilərdə əsgərlərlə qeyd etdi -FOTO/VİDEO

 

“Nar” Novruz bayramı ərəfəsində Azərbaycan ordusuna mənəvi dəstək məqsədilə işğaldan azad edilmiş ərazilərdə yerləşən hərbi hissələrdən birini ziyarət edib.

Yenixeber.org: Müdafiə Nazirliyinin dəstəyi ilə mobil operator qalib Azərbaycan ordusunun əsgərləri ilə görüşüb və Novruz çərşənbəsini onlarla birgə qeyd edib. “Nar” azad edilmiş ərazilərdə yerləşən bir neçə hərbi hissəyə müxtəlif hədiyyələr təqdim edib. Məqsəd Vətən keşiyində duran ordumuzun əsgərlərinə olan ehtiramı bildirmək və onlara mənəvi dəstək göstərməkdir. 

“Nar”ın mətbuat xidmətinin rəhbəri Əziz Axundovun sözlərinə görə, “Nar” vətənpərvərlik mövzusuna xüsusi həssas yanaşır: “Novruz bayramını Milli ordunun əsgərləri ilə birlikdə qeyd etmək artıq “Nar” üçün ənənəyə çevrilib. Çox qürurluyuq ki, bu əziz bayramı işğaldan azad edilmiş ərazilərimizdə qeyd edə bilirik. Bu qüruru bizə bəxş edən Milli orduya mənəvi dəstək olmağı özümüzə borc bilirik”. 

Bayram tədbiri tonqallar ətrafında, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin konsert proqramı ilə davam edib. 

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 91%-ni əhatə edir və 8800-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam