Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

“Nar” milli internet resurslarına dəstək olur

 

 

 

Azərbaycanda milli internet resurslarının inkişafına dəstək məqsədilə, yüksək keyfiyyətli mobil rabitə və internet təminatçısı kimi “Nar” növbəti dəfə “NETTY” milli internet mükafatına dəstək olur.

Yenixeber.org: Müsabiqədə iştirak üçün artıq “NETTY” təşkilat komitəsinə 6 əsas nominasiya üzrə 200-dən çox müraciət daxil olub. Növbəti mərhələdə Ekspertlər Şurası və Virtual Münsiflər heyəti “Dövlət və Cəmiyyət”, “Biznes və Maliyyə”, “Elm, Təhsil və İnnovasiya”, “Səhiyyə, İdman və Turizm”, “İnformasiya və Xəbərlər” və “Mədəniyyət, İncəsənət və Yaradıcılıq” nominasiyaları üzrə təqdim edilən layihələri qiymətləndirəcək.

Xatırladaq ki, bu gün müsabiqədə iştirak üçün müraciətlərin qeydiyyatının son günüdür. Qeydiyyat 30 noyabr saat 00:00-dək açıqdır. Müraciətlər netty.az/registration səhifəsi üzərindən həyata keçirilir.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam