Redaktor seçimi
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Günün xəbəri

Tramp Pentaqonla toqquşur:Generalitet Prezidentə qarşı


 

 Qaradərili ABŞ vətəndaşı Corc Floydun polis zorakılığına məruz qalaraq öldürülməsiylə ölkədə baş verən iğtişaşları yatırmaq üçün meydana 10 min əsgər çıxarmaq istəyən Prezident Donald Trampla Pentaqon arasında ziddiyyətlər böyüyür. 
Yenixeber.org: CNN xəbər verir ki, Trampın bu tələbinə həm ABŞ Müdafiə naziri Mark Esper, həm də Baş qərargah rəisi Mark Milli qarşı çıxıb. 
Məlumata görə, Esper prezidentə Vaşinqtona təxminən 1600 əsgər göndərildiyini, ancaq partayxtda onsuz da 5000 milli qvardiyaçı olduğundan əsgərlərin köməyinə ehtiyac duyulmadığı və keçən cümə axşamı hərbçilərin şəhəri tərk etməyə başladığını bildirib.
 
Trampla Baş Qərargah rəisi  arasındakı müzakirələr daha gərgin keçib. Bildirildiyinə görə, Mark Milli Vaşinqtonda əsgərlərə ehtiyac olmadığını sərt şəkildə prezidentin diqqətinə çatdırıb.
 
İddialara görə, Tramp və ona yaxın qüvvələr ölkədə getdikcə artan etiraz dalğasına “yetərli diqqət ayırmayan” hərbi qüvvələrin prezidenti gözdən salmaq və hakimiyyətdən uzaqlaşdırmaq istədiklərindən şübhələnir. 
 
Xatırladaq ki, bu il ABŞ-da növbəti prezident seçkiləri keçiriləcək. Trampın seçkiöncəsi bu cür xöşagəlməz sürprizlərlə qarşılaşması ciddi nüfuz itkisinə və dolayısıyla ikinci dəfə seçilməsinin əngəllənməsinə səbəb ola bilər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam