Redaktor seçimi
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Günün xəbəri

"Şimali Koreya ABŞ-a “Yeni il sürprizi” hazırlayır" -Pentaqon

 

Birləşmiş Ştatlar KXDR ətrafındakı situasiya ilə bağlı olaraq döyüş hazırlığını yüksək səviyyədə saxlayıb.

Yenixeber.org: Xarici agentliklər xəbər verir ki, bu barədə ABŞ silahlı qüvvələrinin birləşmiş qərargahlar komitəsinin sədri (baş qərargah rəisi-red.) general Mark Milli jurnalistlər qarşısında bəyan edib.

Qeyd olunur ki, bundan öncə Şimali Koreyanın xarici işlər nazirinin müavini Li Te Son rəsmi Pxenyanın ABŞ üçün “Milad sürprizi” hazırladığını demişdi. Jurnalistlərdən biri ABŞ hərbi rəhbərliyindən həmin bəyanatın şərh edilməsini istəyib.

“Koreya bizim daima döyüş qabilyyətini yüksək səviyyədə qoruduğumuz nöqtə olub. Lakin yarımadanın nüvə silahlarından təmizlənməsi üçün siyasi həll ən uyğun vasitədir. Ümid edirəm ki, biz danışıqlar prosesini yenidən işə sala və diplomatik yoldan kənara çıxmarıq”,-deyə müdafiə naziri Mark Esper söyləyib.

“Biz hər şeyə hazırıq”,-deyə baş qərargah rəisi nazirin sözlərinə əlavə edib.

Xatırladaq ki, bu həftənin ikinci günü ABŞ hərbi-dəniz qüvvələrinin Sakit və Hind okeanları bölgəsinin komandanı, general Çarlz Braun KXDR-in könüllü moratoriumu pozaraq uzun mənzilli raket sınağın həyata keçriməyə hazırlaşdığını bildirmişdi.(müsavat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam