Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Türkiyə dünyaya demokratiya dərsi keçdi –Şərh

 

31 mart seçkilərinin hər kəsə kritik mesajları oldu.

Yenixeber.org: Bu sözləri QAFSAM-ın sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy deyib. O bildirib ki, bu seçkilər türk millətinin dəyişikliyə tərəf olduğunu məhəlli miqyasda göstərmiş oldu:

“Xalq cənub-şərqi Anadoluda bəzi yerlərdə HDP bələdiyyələrinə AKP-çi, Orta Anadoluda bəzi AKP bələdiyyələrinə MHP-çi, sahillərdə bəzi AKP və MHP bələdiyyələrinə Millət İttifaqı, böyük şəhərlərdə Cümhur İttifaqı yerinə Millət İttifaqı namizədlərini seçərək, bunu bir daha nümayiş etdirdi. Digər tərəfdən türk milləti yeni yaradılan prezident idarə-üsulunda qüvvələr balansını da özü tamamladı. Bu tarazlığa əsasən idarəetmənin rəhbərliyinə ən böyük partiyanın sədrini seçdi, qanunvericilikdə ən böyük ittifaqın həssas balansını qurdu, yerli seçkilərdə isə əsasən böyük şəhərlərdə müxalifətə fürsət verdi. Ancaq bələdiyyə seçkilərində də ümumilikdə ən çox dəstəyi AKP-yə verərək, bu seçkilərdə də balansı qorumağı bacardı. Beləliklə, türk milləti demokratiyanın ən həyati prinsiplərindən sayılan qüvvələr ayrılmasının özünəməxsus modelini qurdu”.

N.Cəfərsoy vurğulayıb ki, türk milləti seçki nəticələri ilə istisnasız bütün partiyalara mesaj verərək Türkiyəni birləşdirən ortaq milli dəyərləri döyüşdürən və zəiflədən “kimlik siyasəti” əvəzinə, birləşdirən və qüvvətləndirən “xidmət siyasəti” istədiyini göstərib:

“Bu mesajları doğru oxuyaraq türk millətinə xidmət edən bütün partiyalar mükafatını növbəti seçkilərdə alacaq. Qısası, bu seçkinin ən qazanclısı türk milləti və Türkiyə oldu. Bundan əlavə sözügedən seçkilər türk və islam dünyası üçün də örnək olmaq potensialı daşıyır”.

Qeyd edək ki, 31 martda Türkiyədə bələdiyyə seçkiləri keçirilib.(axar)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam