Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Azərbaycan Prezidenti:"İşğala son qoyulmalıdır və yalnız o zaman regionda sülh bərqərar olacaq"

 

"İşğala son qoyulmalıdır və yalnız o zaman regionda sülh bərqərar olacaq"

 

Yenixeber.org: Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün Bakıda keçirilən Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin konfransında deyib.

Dövlət başçısı bildirib ki, beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasına baxmayaraq, indiyə qədər Ermənistana qarşı heç bir sanksiya tətbiq olunmayıb.

"ATƏT-in keçirdiyi monitorinqlər işğal edilən ərazilərdə Azərbaycanın tarixi irsinin erməni vandalları tərəfindən məhv olunduğu göstərib", - Prezident vurğulayıb.

Prezident İlham Əliyev qeyd edib ki, Ermənistan monoetnik ölkədir, orada digər xalqlara, xüsusilə etnik azərbaycanlılara qarşı etnik təmizləmə aparılıb. Eyni zamanda, Azərbaycanda multikulturalizm dövlət siyasətidir: "Azərbaycan əsrlər boyu dini müxtəliflik məkanıdır, bizim gücümüz də bundadır". 

Prezident 100 il əvvəl ADR-in kişilərlə bərabər qadınların da hüquqlarını elan etdiyi xatırladıb və bu gün Azərbaycanın demokratiyanın bu dəyərlərini davam etdirdiyini vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam