Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Ərdoğan:"Türkiyə ordusu yeni əməliyyatlara hazırlaşır"

 

“Bu gün Türkiyə terror qruplaşmalarını sərhədlərdən kənarda tapıb hinlərinə girir. Onlar qaçır, biz qovuruq"

 

Yenixeber.org: Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda 80 məktəb və 59 idman məktəbinin açılış mərasimində bildirib.

"Afrinə (Suriya), Sincara (İraq) qaçdılar. Bağdada xüsusi olaraq söylədik: “Siz həll edəcəksiniz, həll edin, yoxsa gəlib həll edəcəyik”. Bütün bunlar üçün kimsədən icazə gözləmirik. Kimsənin gözünə, ağzına da baxmırıq. Ötən gün axşam Afrinə ən yaxın nöqtədəydik. Əsgərlərimizlə çox gözəl bir görüşümz oldu. Ordumuzun yeni-yeni hədəflərə doğru irəliləməsinin hazırlığı gedir. Yeni hədəfləri davamlı olaraq hər an eşidə bilərsiiniz”, - o deyib.

Türkiyə prezidenti vurğulayıb ki, hədəfi olmayan millətin istiqbalı olmaz: “2053 və 2071-ci ilin Türkiyəsini siz görəcəksiniz. Bizim hədəfimiz Türkiyənin demokratik və iqtisadi baxımdan dünyanın inkişaf etmiş 10 ölkəsi etməkdir”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam