Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Ermənistanın yeni hökumətində daşnaklar “oyundankənar” qoyulacaq

 

 

 "Daşnaksütyun Partiyasının aprelin 9-dan sonra Ermənistanda yeni hökumətin formalaşmasında ən əziz arzuları həyata keçməyəcək”.

Yenixeber.org: Bunu “Jamanak” yazıb.

Qeyd olunur ki, onlar 25 ildir Ermənistanın hakimiyyət strukturları və ya onlardan biri üzərində nəzarət etməyi arzulayırdılar. Ancaq aprelin 9-dan sonra Ermənistan başqa idarəetmə formasına keçəcək. Bu formanın təbliğatçılarından biri də daşnaklardır. Onlar həmin tarixdən sonra hakimiyyətdə nüfuzlarının artacağına ümid edirlər.

Qəzetin yazdığına görə, bu nəinki baş verməyəcək, hətta hökumətdə onların sayı azalacaq. Məsələ burasındadır ki, müdafiə sahəsi və başqa vacib məsələlər Ermənistan Milli Təhlükəsizlik Şurasında, ikinci dərəcəli məsələlər isə hökumətdə müzakirə ediləcək. Hökumət bu Şuranın yanında fəaliyyət göstərəcək bir qurum olacaq. Hakim koalisiya adlanan hazırkı hökumət ikinci dərəcəli məsələləri müzakirə edəcək. Daşnaksütyun isə gələcəkdə Ermənistan Milli Təhlükəsizlik Şurasında təmsil olunmayacaq. Bu isə onların real qərarların qəbul edilməsindən kənar qalması deməkdir. (report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam