Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“BU BÖHRAN BİZİ AYILTDI, QƏNAƏTLƏ XƏRCLƏMƏK LAZIMDIR”

164591_res_01

Hazırda Azərbaycanın əsas vəzifəsi ixracı şaxələndirmək və milli məhsulları xarici bazarlara çıxarmaq, bununla da neftin ucuzlaşması nəticəsində üzləşdiyi valyuta itkilərinin yerini doldurmaqdır.

Xeberinfo.com:   Bu sözləri prezident İlham Əliyev Rusiyanın “Sputnik” beynəlxalq informasiya agentliyinin direktoru Dmitri Kiselyovla müsahibəsində deyib. Kiselyov oktyabrın 17-də Bakıda İlham Əliyevdən müsahibə alıb, agentlik müsahibədən fraqmanetləri az əvvəl yaymağa başlayıb.

İlham Əliyevin sözlərinə görə, Azərbaycan 2017-ci il büdcəsində neftin qiymətini 40 dollardan götürüb və qiymətin bundan aşağı düşəcəyini ehtimal etmir. “Bu il biz büdcədə nefti 25 dollardan götürmüşdük və nəticədə ili profisitlə başa vururuq. Hesab edirik ki, 40 dollardan aşağı düşməz. Ona görə də neftin indiki qiymətləri bizə hansısa əlavə çətinliklər yaratmayacaq. Yeganə budur ki, biz dövlət investisiya xərclərini ixtisar etməli olmuşuq”-prezident deyib.

İlham Əliyevin sözlərinə görə, ola bilsin bu, həm də yaxşıdır. “Çünki həddən çox investisiya həddən çox tələbat deməkdir. Bilirsiniz, pul çox olanda müxtəlif dövlət strukturlarından da çoxlu sifarişlər daxil olur. Ona görə də neft qiymətləri ilə bağlı bu böhran bizi hətta bir az ayıltdı, göstərdi ki, vəsaitləri çox qənaətlə xərcləmək lazımdır. Biz də elə bunu edirik”-prezident bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam