Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Niyə Türkiyədəki vəziyyət Ukrayna ilə müqayisəedilməzdir?”

Xeberinfo.com:    Almaniyanın Xarici İşlər Nazirliyi “Facebook” və “Twitter” sosial şəbəkələrində Ankarada baş tutmayan çevrilişi 2014-cü ilin fevral ayında Kiyevdə İstiqlaliyyət meydanında kütləvi etirazlar nəticəsində hakimiyyətin dinc yolla dəyişməsi ilə müqayisə etməyin mümkünsüzlüyünün səbəblərini izah edib.

“Nə üçün Türkiyədəki vəziyyət Ukrayna ilə müqayisəedilməzdir?” sərlövhəsi ilə mətnini yerləşdirən istifadəçinin sualına Almaniya XİN-in rəsmi nümayəndəsi “Twitter” səhifəsində cavab olaraq yazıb: “Maydanda zorakılıq eskalasiyasından sonra Prezident Yanukoviç böhranın dinc yolla aradan qaldırılması haqqında Fransa, Almaniya və Polşanın vasitəçiliyi ilə tərtib edilmiş memorandumu imzalayıb. Sonra o, fevralın 21-dən 22-nə keçən gecə Kiyevdən qaçıb. Həmçinin nazirlərin çoxu paytaxtı tərk ediblər, nəticədə ölkədə nə işləməyi bacaran hökumət, nə də dövlət başçısı qalıb. Parlamentin spikeri Rıbak istefa verib. Həmin vaxt yeganə konstitusion və demokratik legitim hakimiyyət orqanı olan Ukrayna parlamenti fevralın 22-də yeni prezident seçkiləri keçirməyə dair səs verib və bu seçkini 2014-cü il mayın 25-nə təyin edib”.

Mətnin müəllifləri vurğulayıblar ki, Türkiyədə qiyamçılar hərbi diktatura qurmağı planlaşdırıblar, tankları küçələrə çıxarıblar və öz xalqına aviazərbələr endiriblər. Almaniya XİN-in rəsmi “Facebook” səhifəsində müəllif fikrini yekunlaşdıraraq yazıb: “Gördüyünüz kimi, analogiya axsayır, özü də lap çox”(azərtac).


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam