Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Haqqımız var ki, hücum taktikasından istifadə edək”

eli hesenov esas 57

 

“Heç vaxt haqsız olduğumuz yerdə hücum taktikasından istifadə etməmişik”

 

Xeberinfo.com:   “Dünya azərbaycanlıları Azərbaycan xalqının ayrılmaz tərkib hissəsidir. Onlar bizim soydaşlarımızdır. Düzdür, başqa ölkələrin vətəndaşlarıdır, o ölkələrin sosial, iqtisadi həyatında bəlli rolu olan insanlardır. Onlarla bağlı arzumuz ondan ibarətdir ki, yaşadıqları ölkələrin ən dəyərli vətəndaşları olsunlar. Azərbaycanlı olaraq, Azərbaycanla yaşadıqları ölkələr arasındakı münasibətlərə pozitiv təsir göstərsinlər, müsbət impuls versinlər”.
Məlumata görə, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov AzTV-də “Həftə” verilişinə müsahibəsində deyib.
O bildirib ki, Azərbaycan dövləti həmin insanlara resurs kimi yanaşır: “Dünya azərbaycanlıları yaşadıqları ölkənin cəmiyyətlərində tanınsınlar, sayılıb-seçilsinlər. Biz onlara Azərbaycanın xarici siyasətinin resursları kimi baxırıq. İnsana resurs kimi baxılması müasir dünyanın reallıqlarından biridir. O insanlardan istifadə edərək, Azərbaycan reallıqlarını dünya ictimaiyyətinə çatdıra bilərik. Onlar bir olmalıdır, bir-birlərinin sosial hüquqlarına dayaq durmalıdırlar”.
Ə.Həsənov Prezident İlham Əliyevin “Azərbaycan diasporu müdafiə taktikasından hücum taktikasına keçməlidir” fikrinə toxunaraq qeyd edib ki, Azərbaycan haqlı olaraq hücum taktikasından istifadə edir: “Heç vaxt haqsız olduğumuz yerdə hücum taktikasından istifadə etməmişik. Günahımız olanda da qəbul etməyi bacarırıq. Bu gün Azərbaycan haqlı mövqedədir. Ona görə də haqqı var ki, hücum etsin və anti-Azərbaycan dairələri yerində oturtsun”.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam