Redaktor seçimi
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Günün xəbəri

“VAXTINDA DAYANMAĞI BACARMAQ LAZIMDIR...” –Kreml ruslar üçün olmayan “qələbə obrazı” yaradır

“VAXTINDA DAYANMAĞI BACARMAQ LAZIMDIR...” – Kreml ruslar üçün olmayan “qələbə obrazı” yaradır

Prezident Administrasiyasının təqdimatı yayımlandı

Kreml Ukraynadakı müharibənin ciddi uğurlu nəticələr olmadan başa çatacağı təqdirdə ruslar üçün "qələbə obrazı" hazırlamağa başlayıb.

Yenixeberorg.com: Bu barədə Rusiyanın “Dosye” mərkəzi Prezident Administrasiyasındakı (PA) mənbələrə istinadla məlyumat yayıb. Məqsəd Ukrayna ilə müharibənin mümkün sonluğunu ruslara qələbə kimi təqdim etməkdir və bunun üzərində artıq iş aparılır. Bu, böyük itkilərə və əhəmiyyətli nəticələrin olmamasına baxmayaraq, sülh müqaviləsinin imzalanmasını izah etmək üçün nəzərdə tutulmuş bir sıra təbliğat tezislərini əhatə edəcək.

Məlumatda deyilir ki, Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenkonun tabeliyində olan qrup tərəfindən "Vaxtında dayanmağı bacarmaq lazımdır" başlıqlı təqdimat göstərilib. Orada deyilir ki, "SVO"-nun davam etdirilməsi ümumi səfərbərlik və müharibə vəziyyətinə tam keçid tələb edəcək ki, bu da resursların tükənməsi, daha yüksək vergilər, biznesin azalması, yeni dron hücumları və demoqrafik böhranın pisləşməsi kimi təhdidlər yaradacaq.

“Dosye”-nin Prezident Administrasiyasına yaxın mənbəyə istinadla yazdığına görə, Kreml cəbhədəki və iqtisadiyyatdakı vəziyyətdən ciddi şəkildə narahatdır və siyasi blokun kuratorlarına "müharibənin mümkün sonlanması üçün informasiya dəstəyi” hazırlamağı tapşırıb. Bu məqsədlə hakimiyyət "SVO"-nun ilkin məqsədlərinin təfsirini dəyişdirmək istəyir. Əsas vurğunun Donbasa yönəldilməsi təklif olunur. Bu bölgənin, eləcə də Zaporojye və Xerson vilayətlərinin böyük hissəsinin işğalı cəmiyyət üçün əsas arqumentə çevrilməli və bu, Kiyevi ələ keçirmək, ölkədə hakimiyyəti dəyişdirmək kimi əvvəlki iddiaları əvəz etməlidir. Hərbi əməliyyatların özü və Ukrayna əsgərlərinin öldürülməsi faktı "denasifikasiya" kimi təqdim edilməli, Kiyevi ələ keçirmək ideyasının isə guya heç vaxt Kremlin real planlarına daxil omadığı elan edilməlidir.

Təqdimatın müəllifləri müharibənin açıq-aydın qələbə olmadan başa çatmasının ölkə daxilində, xüsusən də radikal vətəndaşlar arasında qıcıq yarada biləcəyini etiraf edirlər. Kreml Kiyevi ələ keçirməyi tələb edən “Z-bloqerləri” və "divan vətənpərvərlərini" xüsusilə problemli auditoriya hesab edir. Bu qrupu neytrallaşdırmaq üçün onların tədricən müharibənin dayandırılması ideyasına cəlb edilməsi, əməkdaşlıq etməyənlərin isə ictimai mühitdən qovulması, "vətənpərvərlər" sıralarından uzaqlaşdırılması və cinayət işlərilə qorxudulması planlaşdırılır.

Ayrı bir bölmə "SVO veteranlarına" həsr olunub. Prezident Administrasiyası onların diqqətini işğal olunmuş ərazilərin bərpasından "Afrika Korpusunda" xidmətə qədər digər layihələrdə iştiraka yönəltməyi təklif edir.

Plana əsasən, media keçmiş hərbçilərin "uğurlu uyğunlaşması" haqqında hekayələr dərc etməlidir: "SVO qəhrəmanları" necə biznes açır, ev alır, universitetlərə daxil olur və "cəmiyyətin hörmətli üzvləri" olurlar”.

Kreml əhalinin müharibədən, pisləşən iqtisadiyyatdan və məhdudiyyətlərdən bezən hissəsi üçün tədricən "normallaşma" hissi yaratmaq istəyir. Xüsusilə, ölkənin "qələbə"dən sonrakı gələcəyi ilə bağlı dəyirmi masaların keçirilməsini və Rusiya biznesinin uğurlarını daha fəal şəkildə işıqlandırmağı təklif edir. Eyni təbliğat tezisləri mədəniyyət sahəsində də tətbiq edilməlidir.

“Dosye”-nin də qeyd etdiyi kimi, bu cür materialların hazırlanması göstərir ki, Kreml artan iqtisadi problemlər, ictimai yorğunluq və münaqişənin davam etdirilməsinin mümkünsüzlüyü fonunda müharibəyə son qoymaq imkanını getdikcə daha çox nəzərdən keçirir.(Azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam