Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Nazir: “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” Proqramı dövlətimizin əsas prioritetləri sırasındadır”

 

“İşğaldan azad olunmuş ərazilərlə bağlı “Böyük Qayıdış” Proqramı bizim dövlətimizin əsas prioritetləri sırasındadır. Bu proqram çərçivəsində keçmiş məcburi köçkünlər artıq Laçına, Füzuliyə, Ağalı, Zabux və Talış kəndlərinə köçürülüblər”.

Yenixeber.org xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın sədrliyi ilə Şuşa şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 27-ci iclasında çıxışı zamanı bildirib.

Qarşıdan gələn üç ildə təxminən 100 minə yaxın keçmiş məcburi köçkünün öz evlərinə qayıtmasının planlaşdırıldığını vurğulayan nazir deyib:

“Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəldilməsi ilə yanaşı, əhalinin davamlı şəkildə köçürülməsi və layihələrin icra olunması bu ərazilərin inkişaf etmiş regiona çevrilməsinə şərait yaradır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam