Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Samvelə Qarabağdan çıxa biləcəyinə vəd verilibmi?

Qarabağda keçmiş separatçı rejimin “başçısı” Samvel Şahramanyan bir qrup şəxslə birlikdə Xankəndidə olduğunu, ölən və itkin düşənlərin tapılması prosesi başa çatana qədər şəhərdə qalacağını açıqlayıb.

Yenixeber.org: Proses başa çatandan sonra Şahramanyan Qarabağı tərk edə biləcəkmi?

Bu sualın cavabı hələlik bəlli deyil. Təhvil-təslim prosesi başa çatana qədər – 1 yanvar 2024-cü il – Samvelin “xidməti”ndən yararlanmaq mümkündür. İstisna deyil ki, Rusiya tərəfi ona Qarabağı tərk edə biləcəyinə dair vədlər verib.

Digər tərəfdən, Samvelin hazırda edə biləcəyi yeganə iş Bakının təqdim etdiyi proqram üzrə hərəkət etmək, öz qalıqlarını özü toplamaqdır. Əks təqdirdə, Qarabağdan çıxdığı yerdə həbs oluna bilər. Və bəlkə də o bütün bu “xidməti”nin qarşılığında bağışlanmağı, çıxmağına şəraitin yaradılmasını gözləyir.

Hərçənd, Şahramanyan qondarma rejimin qanunsuz “seçkiləri”nə qatılmaq və “başçı” seçilməklə Azərbaycan qanunlarını pozub və buna görə məsuliyyətə cəlb edilməlidir. Ümumiyyətlə, qondarma rejimə “rəhbərlik” etmiş bütün şəxslərin qanun qarşısına çıxarılması Azərbaycana qarşı erməni separatizminin perspektiv imkanlarına əhəmiyyətli zərbə ola bilər: Köçəryan istisna olmaqla, dördü – Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan və Samvel Şahramanyan nəzarətimizdədir.(Axar)



Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam