Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Babayan sensasion bəyanatlarla çıxış edir:Bakı ilə razılaşırdıq, qoymadılar

Birinci Qarabağ müharibəsində əli mülki azərbaycanlıların qanına batan “qəhrəman”, Qarabağdakı keçmiş terrorçu-xunta rejimində bir vaxtlar “vəzifə” daşıyan Samvel Babayan Xankəndidən İrəvana qaçmağa nail olduqdan sonra sensasion bəyanatlarla çıxış edir.

Yenixeber.org: O, ötən gün Ermənistan İctimai Televiziyasına müsahibəsində “dq”nin 22 “deputatı”, o cümlədən Bako Saakyan, Arkadi Qukasyan, Araik Arutyunyan və Samvel Şahramanyanın (separatçıların keçmiş və indiki başçıları – red.) məhkəmə qarşısına çıxarılmalı olduqlarını bildirib.

O deyib ki, əgər bu şəxslər Azərbaycan hüquq-mühafizə orqanlarından yayınmağa və İrəvana qaçmağa nail olarlarsa, Ermənistanda onlar məsuliyyətə cəlb edilməlidir:

“Bu cinayətkarlar cavab verməlidirlər, Ermənistan Respublikasının ərazisinə daxil olan kimi onlar cinayət məsuliyyətinə cəlb olunmalıdırlar”.

Babayan iddia edib ki, ermənilərin mədəni muxtariyyətini saxlamaq üçün Bakı ilə danışıqlar aparmağa çalışıb və 23 bənddən ibarət sənəd hazırlayıb. O, guya bu sənədə Azərbaycanın razılaşdığını da bildirib:

“Biz Qarabağ ərazisində muxtariyyət yarada bilərdik, 4400 kv.km ərazidə öz mühafizəmiz ola bilərdi. Bu insanlar istəmədi. Mən vasitəçilik yolu ilə danışıqlar apardım, Azərbaycan razılaşacaqdı”.

Buna baxmayaraq, Samvel Babayan heç bir rəsmi görüşə buraxılmadığı, müzakirələrə dəvət edilmədiyini də bildirib və buradan da aydın olur ki, onun “Azərbaycan razılaşacaqdı” iddiası yalnız düşmənlərinə - Qarabağın separatçı-terrorçu liderlərinə qarşı hücumudur.

Qeyd edək ki, həqiqətən də, Samvel Babayan 44 günlük müharibədən sonra Qarabağdakı ermənilərin Azərbaycana inteqrasiya olunmağının tərəfdarı kimi çox hiyləgər bir planla çıxış edirdi. O bildirirdi ki, inteqrasiyaya razılaşırlar və separatçı qurum özünü buraxır, əvəzində Azərbaycandan müəyyən müstəsna hüquqlar ala bilərlər. Ancaq 10 noyabr 2020-ci ildə Prezident İlham Əliyev Qarabağda bir ovuc erməniyə heç bir status verilməyəcəyini rəsmən elan etmişdi və bu mövqeyini dəfələrlə təkrarlamışdı.

Buna görə də Babayanın hazırladığı “plan” yalnız daxili çəkişmələrdə istifadə edilirdi və bu təkliflər heç bir halda danışıqlar predmeti olmayıb və Bakının nümayəndəsi də heç o “təklifləri” almayıb.

Zəruri olaraq qeyd edək ki, Babayan bir müddət öncə “23 bəndlik sənəd” hazırladığını bildirsə də, o sənədi ictimai şəkildə yaymağa da vaxtı çatmadı – antiterror əməliyyatı başladı.



Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam