Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

MEDVEDEV BU DƏFƏ GÜRCÜLƏRİ HƏDƏLƏDİ – “Vəziyyəti yenidən gərginləşdirirlər və görünür...”

           “Abxaziya və Cənubi Osetiyanı Rusiyaya birləşdirə bilərik”

Yenixeber.org: Hazırkı Gürcüstan hökuməti hər nə qədər Rusiyaya meyl etsə də, hər nə qədər Moskvanın maraqlarına uyğun addımlar atsa da, bunun Kremlin Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə işğalçı münasibətinə zərrə qədər də təsiri yoxdur. Bunu Rusiya rəhbərliyində təmsil olunan şəxslərin açıq təhdid dolu bəyanatları da təsdiq edir.

Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev “Arqumentı i faktı” qəzetində dərc olunan məqaləsində Rusiyanın Abxaziya və Cəınubi Osetiyanı öz ərazisinə birləşdirə biləcəyini yazıb: “Əgər bizim narahatlıqlarımız real çalarlar qazanarsa, tərəddüd etməyəcəyik. Abxaziyada və Cənubi Osetiyada Rusiyaya birləşmək ideyası hələ də populyardır və bu, ciddi əsaslar olarsa tam reallaşdırıla bilər. Biz 2008-ci ildə təhlükəsizlik təminatı alandan və təhlükəni kənarlaşdırandan sonra Tbilisiyə doğru hücumu dayandırdıq. Ancaq indi vəziyyəti yenidən gərginləşdirirlər və görünür, Ukrayna cinahına əlavə olaraq, bizim sərhədlərimizdə daha bir gərginlik ocağı yaratmaq istəyirlər. Yenə Gürcüstanın NATO-ya mümkün qəbulu barədə söhbətlər gedir. Eyni zamanda bu ölkədə sanki sifarişlə rusafobiyanın qızışması baş verir”.

Medvedev iddia edib ki, guya Rusiya 2008-ci ildə Gürcüstana qarşı müharibəyə başlayarkən, BMT Nizamnaməsinə tam uyğun hərəkət edib.

O, gürcü cəmiyyətini də hədələməyi unutmayıb və qeyd edib ki, bu cəmiyyət üçün rusofobiya “nonsens, eybəcərlik və ağır xəstəlikdir”. Ancaq Rusiyanın gürcüləri “bu xəstəlikdən sağalda biləcəyini” deyən Medvedev onu da əlavə edib ki, Ukrayna Prezidenti Volodimir Zelenski də bir vaxtlar Gürcüstana rəhbərlik etmiş Mixeil Saakaşvilinin taleyini yaşayacaq.(Azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam