"Rusiyanın yalnız bir quru təchizat xətti qalacaq. Bu, işğal olunmuş Xerson və Krımda on minlərlə hərbçini dəstəkləmək və ya təxliyə etmək üçün Azov dənizinin sahilindəki magistraldır", - Barros Tvitter hesabında yazıb."Reuters" nəşri isə yazıb ki, hazırda dünya mediasının gündəminə çevrilmiş bu hadisənin təfərrüatları hələlik bəlli deyil. Amma bəzi rusiyalı siyasətçilər və qurumlar tələsik şəkildə partlayışa görə Ukrayna tərəfini günahlandırıblar. Misal üçün, Rusiya Federasiyası İstintaq Komitəsinin bəyanatında deyilir ki, hücuma görə Ukrayna “xüsusi xidmət orqanları” məsuliyyət daşıyırlar. Hətta Rusiya Federasiyasının İstintaq Komitəsi bu faktla bağlı cinayət işi də qaldırıb.









AZ
RU

