Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ağ Ev:İranla nüvə razılaşmasında real yaxınlaşma yoxdur

Son vaxtlar İranın nüvə problemi ilə bağlı Vaşinqtonun Tehranla pərdəarxası sövdələşmələr apardığı barədə bəzi media resursları xəbərlər dərc edirlər. Lakin ABŞ rəsmiləri deyilənlərin reallıqdan çox uzaq olduğunu bildirirlər.
Yenixeber.org: Co Bayden administrasiyası nüvə məsələsində İranla heç bir real razılaşmaya yaxın deyil.
Onun sözlərinə görə, İran və Rusiya arasındakı münasibətlər Vaşinqtonu ciddi şəkildə narahat edir, çünki bu, Vladimir Putinə ukraynalıları öldürmək üçün real imkan verir.
“Ukraynanın kaset bombaları ilə təchiz edilməsi təqdirəlayiq haldır. İran məsələsinə gəlincə, Bayden administrasiyası nüvə məsələsində İranla heç bir real razılaşmaya yaxın deyil. Hökumət işinin ilk günündən İranda haqsız yerə həbs olunmuş dörd amerikalının azad edilməsi üçün çox çalışıb. Bununla bağlı İranla dolayı əlaqə saxlayıb. Lakin bu mərhələyə qədər heç bir anlaşma əldə olunmayıb və bunun üzərində iş davam edir. Bu səylərin arzuolunan nəticəni verəcəyinə ümid edirik”, - Sallivan deyib.
Qeyd edək ki, bir müddət əvvəl İran hökuməti həbsdə saxladığı ikili vətəndaşlığa malik şəxslərin ABŞ-a qaytarılacağını nəzərdə tutan “Məhkum mübadiləsi” sazişini müəyyən şərtlər əsasında həyata keçirməyə prinsipcə hazır olduğunu bəyan etmişdi. Lakin ABŞ səlahiyyətliləri anlaşmanın tamamlanmasına mane oldular.

Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam