Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Rusiyadan İrana gözlənilməz zərbə - VİDEO

Post image
Artıq neçənci dəfədir ki, İran İslam Respublikası özünün xarici siyasətinin fundamental yanlışlığını üzə çıxaran sürprizlə üzləşir, bununla belə, ölkə rəhbərliyi qəribə bir inadkarlıqla müasir dünyanın reallıqlarına uyğun olmayan həmin siyasəti davam etdirməyə çalışır.
Yenixeber.org: Sonuncu belə sürpriz İran rejiminin özünə müttəfiq saydığı Rusiya Federasiyası tərəfindən edilib və bir neçə gündür ki, İran mediası bu gözlənilməz zərbənin təsiri altında “Rusiya İrana xəyanət etdi”, “Rusiya İrana arxadan xəncər vurdu”, “Rusiya İranın arxasından çəkildi” və sair bu kimi başlıqlarla yazılar, təhlillər dərc edir.
Məsələnin məğzi bundan ibarətdir ki, iyulun 10-da Moskvada Rusiya-Körfəz Əməkdaşlıq Şurası ölkələri arasında strateji dialoqun xarici işlər nazirləri səviyyəsində altıncı iclası keçirilib. Rusiya və Omanın xarici işlər nazirlərinin sədrliyi ilə keçirilən həmin iclasın yekununda birgə bəyanat qəbul olunub. Bəyanatın bir bəndində İranla Birləşmiş Ərəb Əmirlikləri arasında mübahisəli üç ada probleminə toxunularaq deyilib:
“Nazirlər ikitərəfli danışıqlar və ya BMT-nin Beynəlxalq Məhkəməsinə müraciət yolu ilə üç ada – Böyük Tomb, Kiçik Tomb və Əbu Musa adaları ilə bağlı mübahisənin beynəlxalq hüquq normalarına və BMT Nizamnaməsinə uyğun şəkildə, eləcə də beynəlxalq legitimlik prinsipləri çərçivəsində dinc yolla həlli istiqamətində Birləşmiş Ərəb Əmirliklərinin təşəbbüsləri və səylərini dəstəklədiklərini bəyan edirlər”.
Rusiyanı, xüsusən, son illər özünün ən yaxın müttəfiqi kimi təqdim edən, Ukrayna ilə müharibədə öz dronları ilə bu ölkəyə verdiyi dəstəyə görə beynəlxalq aləmdə ciddi tənqidlərlə üzləşən və çoxsaylı sanksiyalara məruz qalan Tehranda bu bəyanatın altında Rusiyanın imzasının olması şok effekti doğurub və Moskvanın mübahisəli adaların Birləşmiş Ərəb Əmirliklərinə məxsusluğunu dəstəkləməsi kimi anlaşılıb.
Ətraflı “Azad İran” “YouTube” kanalının mövzu ilə bağlı hazırladığı süjetdə:





Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam