Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Politoloq:“Parisdə azərbaycanlı jurnalistlərə qarşı hücum söz azadlığına qəsddir”

“Təəssüf ki, beynəlxalq ictimaiyyət Fransada azərbaycanlı jurnalistlərin başına gələn hadisənin söz azadlığına qəsd olmasına baxmayaraq, bu barədə fikir bildirmir, onu qınamır”.

Yenixeber.org: Bunu meksikalı politoloq, “Gənc Diplomatlar” təşkilatının prezidenti, Meksika Konqresinin keçmiş texniki katibi Maurisio Tafoya Parisdə AzTV-nin çəkiliş qrupuna son hücumu şərh edərkən deyib.

“Bu fakt söz azadlığına qəsd kimi qiymətləndirilməlidir. Mən bunu söz azadlığının, jurnalistlərin öz vəzifələrini yerinə yetirmək hüququnun pozulması hesab edirəm. Fransa son vaxtlar ölkədə baş verən hadisələrdən dünyanın xəbər tutmasını istəmir”, - o vurğulayıb.

Onun fikrincə, Fransa hakimiyyəti xalqının zülm çəkməsindən, yoxsulların və miqrantların marginallaşdırılmasından dünyanın xəbər tutmasını istəmir və belə hərəkətlər KİV-ləri susdurmaq məqsədi daşıyır: “Bu gün çoxları başa düşməlidir ki, ifadə azadlığı hüququ, xüsusən də əhalini məlumatlandırmaqla məşğul olan jurnalistlərə münasibətdə pozulmamalıdır. Çünki onlar əhalini məlumatlandırmaqla məşğul olurlar. Üstəlik, jurnalistlər hər dəqiqə dünyada baş verən hadisələri anlamağa imkan verən ünsiyyət vasitəsidir”.

Politoloq hesab edir ki, Fransa guya söz azadlığını dəstəkləyir, azad demokratiya hesab olunur: “Amma bu hadisə fundamental azadlıqların pozulmasını, jurnalistlərə təzyiqi nümayiş etdirir”.

Xatırladaq ki, AzTV əməkdaşları Fransada çəkiliş apararkən hücuma məruz qalıblar. Nəticədə müxbir və operator yüngül bədən xəsarətləri alıblar.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam