Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bolton:"Tehranla sövdələşmə İran xalqının əleyhinə yönələcək"

Son vaxtlar Vaşinqtonun müəyyən problemlər ətrafında Tehranla pərdəarxası danışıqlar aparması barədə yayılna xəbərlər ABŞ-nin siyasi elitasında birmənalı qarşılanmayıb. ABŞ-nin keçmiş prezidenti Donald Trampın Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri olmuş Con Bolton da bu məsələdən kənarda qalmayıb.
Yenixeber.org: Con Bolton “Amerikanın səsi” televiziyasına müsahibəsində İrana qarşı beynəlxalq sanksiyaların ləğvinin və ya azaldılmasının Tehranın repressiyaları davam etdirilməsinə imkan yaratdığını deyib.
- Mən sanksiyaların effektiv tətbiq olunduğunu düşünmürəm və bu, problemdir, çünki İran rejimi 2014-cü ildən bəri tətbiq edilən sanksiyalardan yan keçməyi bacarıb. Nüvə sazişi Amerikanın ondan çıxması ilə başa çatdı və İran hakimiyyəti təzyiqlərdən sağ çıxa bildi. İndi isə Bayden administrasiyasının güzəştləri ilə rejim buna haqqı olmayan çıxış yolunu tapdı. Ona görə də hansısa razılaşma olacağı təqdirdə ikiqat sanksiyaların aradan qaldırılmasından və ya aktivlərin azad olunmasından danışanda insanlar başa düşməlidirlər ki, həmin pullar rejimin cibinə gedir və İran xalqına heç nə çatmır” , - Bolton vurğulayıb.
Amerikalı siyasətçi, bu baxımdan sanksiyaların ləğvinin İran xalqına xeyir gətirəcəyini düşünməyin səhv olduğunu və İran iqtisadiyyatının çox pis vəziyyətə düşməsinə yalnız sanksiyaların səbəb olmadığını söyləyib. Onun fikrincə, əsas səbəb İran hökumətinin iqtisadiyyatı səhv idarə etməsidir.
“İran rəsmiləri neftdən əldə olunan cari gəliri özlərinin və dostlarının ciblərinə töküblər. Hazırkı şəraitdə İran hökumətinə çatan istənilən gəlir “həyat xətti”dir və İran xalqı üçün dəhşətlidir, çünki bu, etirazlara və etirazçılara repressiyaların davam etdirilməsinə imkan verir”, - Milli Təhlükəsizlik üzrə sabiq müşavir deyib.
Con Bolton İranın ölkədən kənarda terror təhdidlərini daxili repressiyaların əks tərəfi kimi qiymətləndirib. SEPAH üzvlərinə qarşı tətbiq edilən sanksiyalar isə hələ də bu təşkilatın beynəlxalq səviyyədə fəaliyyətinə o qədər də təsir göstərməyib. Onun sözlərinə görə, mövcud hakimiyyətə qarşı qadın koalisiyası siyasi baxımdan çox önəmlidir. Çünki “Qadın, Həyat, Azadlıq” hərəkatı Allahın adından danışdığını və qadınların xüsusi örtük geyinməli olduğunu iddia edənlərə qarşı birbaşa ideoloji çağırışdır.
Qeyd edək ki, ABŞ-nin məhz JCPOA-dan (İranın nüvə problemi üzrə 5+1 formatı) prezidentin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri olmuş Con Boltonu İran dəfələrlə ölümlə hədələyib.

Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam