Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Global Times:"Rusiya-Çin ittifaqı ABŞ-ın ən böyük kabusu olacaq"

 "Rusiya-Çin ittifaqı Vaşinqton üçün əsl geosiyasi çağırışdır, lakin bu alyans dünya vəziyyətini sabitləşdirməyə də qadirdir".
 Yenixeber.org: Bu barədə “Global Times”da məqalə dərc olunub. Nəşrin yazdığına görə, hegemonluğa can atan ABŞ Moskva ilə Pekin arasında əlaqələrin möhkəmlənməsindən narahatdır.
"ABŞ-ın bölünmüş münasibətinin kökündə idarə olunmayan hegemon impulslar və ən böyük geosiyasi kabusu sayılan “Çin-Rusiya ittifaqı” adlandırılan qorxu dayanır", nəşrdə qeyd edilib.
Məqalədə vurğulanıb ki, Çin və Rusiya arasında hərtərəfli siyasi tərəfdaşlıq daha açıq dünyanın formalaşmasına və müxtəlif ölkələr arasında etimad səviyyəsinin artmasına səbəb olacaq. Bundan əlavə, GT-nin redaktorları əmindirlər ki, "Qərb bu cür perspektivlərə görə “əsəbidir”, ona görə də Moskvanın Pekindən asılılığı barədə şayiələr yaymağa çalışır. Bununla belə, ABŞ və onun müttəfiqləri Rusiya və Çin arasında müttəfiqliyi dağıtmaq iqtidarında deyillər", deyə müəlliflər yekunlaşdırıblar.
Qeyd edək ki, bir müddət əvvəl “The Hill” jurnalında Rusiya prezidenti Vladimir Putin və Çin prezidenti Si Cinpinin Qərbə qlobal zərbə hazırladığına dair məqalə dərc olunmuşdu.

Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam