Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“PUTİN HƏR ŞEYİ İTİRİB....” –“Hətta Lukaşenko Putinin yanındaca Əliyevdən və Ərdoğandan pul dilənir...”

Yenixeber.org: Bu məsələyə «XKX Generalı» (Xarici kəşfiyyat xidməti) Teleqram-kanalında diqqət yetiriblər.

Xəbərdə Putinin ÇXR sədri Si Tsizipinlə görüşünü analiz ediblər. Bu görüşdə Çin liderini tədbirin «gerçək lideri» adlandırıblar.

«Sammitdə iştirak edən dövlət başçılarının çoxunun reaksiyasından mütləq şəkildə aydın oldu ki, cazibə mərkəzi və güc Tsizinpinin şəxsində Çindir» - KİV-də qeyd ediblər.

Diqqəti ona yönəldiblər ki, Putin, onunla birlikdə həm də Rusiya sammitin real gündəliyinin periferiyasında yerləşib. Özbəkistana gəlişinin ilk dəqiqələrində Putini aşağılayıblar, belə ki, təyyarənin trapında onu ölkə Prezidenti qarşılamayıb.



"Tsizinpinlə görüş də gözlənilən nəticəni verməyib. Təbliğat kanalları yalnız Putinin nitqini göstəriblər, Çin başçısının bəyanatlarını isə hətta tərcümə də etməyiblər.

Putin özünün ağır taleyindən və çoxsaylı problemlərindən Tsizinpinə çoxlu şikayətlənib, bütün günahlarda «ümumi düşməni» günahlandırıb, amma diqqət və anlayış üzrə növbətçi sözlərdən başqa heç bir cavab almayıb» - «XKX Generalı» yazır.

Putinə məsləhət görüblər ki, Çinlə münasibətlərin yaxşılaşmasına ümid etməsin, nədən ki, Pekindən müharibəyə kömək olmayacaq.



Sammitin gedişində Putinin Tsizinpinlə ünsiyyətinin kuliminasiyası Çin liderinin Putinə sualı olub: «Rusiya Prezidenti əmindirmi ki, xüsusi əməliyyatın qarşıya qoyduğu bütün məqsədlərə Ukraynada nail olunacaq?» Putin təsdiqləyici cavab verərkən, Tsizinpin gülümsəyib və inamsızlıqla başını yelləyib» - KİV-də Putinin aşağılanması anını təsvir ediblər.

Sammitin analizində həm də əlavə ediblər ki, Orta Asiya bölgəsinin təhlükəsizlik sisteminin arxitekturasını indi Çin və Türkiyə həll edəcək, RF isə «göyərtədən» kənarda qalıb.

«Rusiyaya istisnasız olaraq, «xammal əlavəsi» kimi baxılır. Putin hər şeyi itirib. Hətta Lukaşenko Putinin yanındaca utanmazcasına Əliyevdən və Ərdoğandan pul dilənir» - müəllif əlavə edib

Mənbə: Obozrevatel.com.ua.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam