Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İmran Xana terrorçuluq ittihamları irəli sürülüb -Pakistanda siyasi vəziyyət gərginləşir

Pakistanda polis keçmiş Baş nazir İmran Xana qarşı terrorçuluq ittihamları irəli sürüb.

Yenixeber.org: Bu ittihamlar irəli sürülməzdən öncə Xan İslamabaddakı çıxışında polis əməkdaşları və hakimə qarşı iddia qaldıracağını deyib, yaxın müttəfiqinin həbs olunaraq işgəncəyə məruz qaldığını iddia edib.

Xanın müxalifətdə olan Tehriki-İnsaf partiyasının internetdə yaydığı videolarda tərəfdarlarının keçmiş Baş nazirin həbs olunmaması üçün onu evədək müşayiət etdiyi görünür. Avqustun 22-də səhər yüzlərlə tərəfdarı evin ətrafında olub.

Xanın siyasi müşaviri Şahbaz Gill bu ayın əvvəlində vətənə xəyanətdə ittiham edilərək saxlanıb. O, əsgərləri və zabitləri hərbi rəhbərliyin qanunsuz göstərişlərini yerinə yetirməkdən imtinaya çağırmışdı. Pakistan qanunvericiliyində vətənə xəyanətə görə ölüm cəzası nəzərdə tutulur.

Xatırladaq ki, 2018-ci ildə hakimiyyətə gələn Xan apreldə etimadsızlıq səsverməsi nəticəsində hakimiyyətdən getməli olub. Ölkədə artan inflyasiya və iqtisadi çətinliklər fonunda müxalifət onu iqtisadiyyatı düzgün idarə etməməkdə suçlayıb.

Avqustun 21-də Xan hökuməti onun siyasi tədbirdə çıxışının canlı yayımını önləmək üçün YouTube şəbəkəsini müvəqqəti bloklamaqda ittiham edib. Xan yeni seçkiyə hazırlaşır, ölkə boyunca toplantılarda çıxışlar edir. “Faşist idxalı olan hökumət çıxışımın ortasında YouTube-u blokladı”, – Xan Twitter-də yazıb. Avqustun 20-də hakimiyyəti Xanın çıxışının xəbər kanallarında canlı yayılmasını qadağan edib və qadağa dərhal qüvvəyə minib. Onun yazılı çıxışı isə yayımlana bilər.

Pakistanın elektron Medianı Tənzimləyici Orqanı avqustun 20-də bəyanatında bildirib ki, Xanın çıxışları hüquq və asayişin saxlanmasına ziyan vura, ictimai sülh və dincliyi poza bilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam