Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Rusiyanın Ukraynaya müdaxiləsində Almaniyanın günahı-Alman diplomatın etirafı

 

Dünya ictimaiyyəti, o cümlədən Almaniya 6-8 il əvvəl Rusiyanın əsl niyyətlərini anlamadığına və o dövrdə mövcud olan çağırışlara kifayət qədər reaksiya vermədiyinə görə Ukraynadan üzr istəməyə borcludur.

Yenixeber.org: Bunu Almaniya diplomatı, Münhen Təhlükəsizlik Konfransının keçmiş rəhbəri Volfqanq İşinqer deyib. O, bununla da Qərb ictimaiyyətinin Rusiya ilə bağlı qərarlarının yanlışlığını etiraf edib.

“Mən qəti şəkildə inanıram ki, Rusiyanın niyyətləri Ukraynanı sadəcə məhv etməkdən daha da irəli gedir. Rusiya Avropa İttifaqı, Qərbi Avropa, Avro-Atlantik Alyans və bütün dünya qarşısında meydan oxuyur. Bu, təkcə Ukraynaya deyil, hamımıza qarşıdır”, – deyə diplomat vurğulayıb.

Diplomat həmçinin etiraf edib ki, dünya Krımın və Donbasın bir hissəsinin işğalına layiqli reaksiya verməyib.

“Biz düşünürdük ki, hansısa danışıqlar apara bilərik. Bunun isə çətin, hətta qeyri-mümkün olduğu ortaya çıxdı”,- diplomat deyir.

O, həmçinin 2008-ci ildə NATO-nun zirvə görüşündən danışıb, o zaman Ukraynanın Alyansa daxil olmasına imtina verdiklərini etiraf edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam