Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Çavuşoğlu -“Türkiyədə keçirilən görüşdə bəzi mövzularda ortaq razılaşmalar əldə edilib”

 

“Ukraynada atəşkəs rejiminin əldə edilməsi uzunmüddətli siyasi nizamlanmaya gətirib çıxaracaq”.

Yenixeber.org: Bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün mətbuat nümayəndələri qarşısında İstanbulda baş tutan Ukrayna-Rusiya danışıqlar prosesini şərh edərkən söyləyib.

Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri hesab edir ki, Rusiya Federasiyası ilə Ukrayna arasında danışıqlarda ən mühüm irəliləyiş bu gün İstanbulda əldə olunub.

“Bu gün Türkiyədə keçirilən görüşdə bəzi mövzularda ortaq razılaşmalar əldə edildi. Daha çətin məsələlərin üst səviyyələrdə müzakirə ediləcəyini düşünürük. Bundan sonrakı mərhələdə hər iki ölkənin XİN rəhbərləri bir araya gəlməli, razılaşmanın mətni hazır vəziyyətə gətirilməlidir. Növbəti mərhələ isə prezidentlərin görüşüdür”, - deyə Türkiyənin XİN başçısı bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam