Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“XOCALI DA, QARABAĞ DA TÜRKLƏRİNDİR!"- Baxçalıdan Moskvaya xəbərdarlıq/VİDEO

“Qazaxıstanda sınaqdan keçirilən, Ukraynada da baş verən böhranın Azərbaycan və digər türk dövlətlərinə sirayət etməməsi vacibdir” 

“Xocalı türklərindir. Qarabağ türklərindir. Bu həqiqəti kimsə dəyişə bilməz”.

Yenixeber.org: Bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı rəhbərlik etdiyi siyasi təşkilatın Türkiyə Böyük Millət Məclisindəki parlament fraksiyasının toplantısında deyib.

“Gözümüz soydaşlarımız olan hər yerdədir. Həmin yerlərdə müxtəlif faciələr yaşanıb. Xocalı faciəsi onlardan sadəcə biridir. Tam 30 il əvvəl, yəni 1992-ci il ildə Qarabağın Xocalı şəhərində canımızdan canımız getdi. Xocalı hələ sağalmayan yaradır. 7 min əhalisi olan Xocalıda soyqırım törədilmiş, 613 soydaşımız şəhid edilmişdir", - o vurğulayıb.

MHP lideri vurğulayıb ki, 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan möhtəşəm zəfər qazanıb: “2020-ci ilin 27 sentyabr - 8 noyabr tarixlərində Azərbaycan əsgərləri erməni silahlılarını məhv etmişdir: "Türkün damarına basanlar, torpağına göz qoyanlar peşman ediliblər. Qubadlı, Zəngilan, Cəbrayıl, Ağdam, Füzuli, Laçın, Şuşa, Kəlbəcər azad edilmişdir. Türkiyə-Aəzrbaycan həmrəyliyi zəfəri təmin edən əsas məqam idi. Türk millətlərinin tək ürək olması düşmənə unudulmaz dərs vermişdir”.

“Qazaxıstanda sınaqdan keçirilən, Ukraynada da baş verən böhranın Azərbaycan və digər türk dövlətlərinə sirayət etməməsi vacibdir” - deyə, Dövlət Bağçalı rəhbərlik etdiyi siyasi təşkilatın ölkə parlamentindəki fraksiyasının toplantısında deyib.

“Cənubi Qafqazda işğal həvəsinə düşənlərin, türk yurdlarında istila arxasınca qaçanların oyunları ciddi təhdid olaraq qiymətləndirilməlidir. Bunun üçün ayıq olmalı, diqqətli hərəkət etməliyik. Bu, həyati əhəmiyyətlidir”, - o bildirib.

 


 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam