Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Politoloq:“Gürcüstan, Azərbaycan və Ermənistan bölgənin cəlbediciliyini artırmalıdır”

Politoloq: “Gürcüstan, Azərbaycan və Ermənistan bölgənin cəlbediciliyini artırmalıdır”
“Cənubi Qafqazda tammiqyaslı regional əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük imkan yaranıb. Bölgədə beynəlxalq səviyyədə tanınmış sərhədlərin bir hissəsi - Azərbaycan-Ermənistan sərhədi bərpa olunub. Gürcüstan Azərbaycan və Ermənistanın ərazi bütövlüyünü davamlı olaraq hər zaman dəstəkləyib. Bu əsasda regionun potensialını yeni tərzdə açmaq üçün imkanlar yaranır”.

Yenixeber.org: Bu fikirləri Cənubi Qafqaz məsələləri üzrə aparıcı ekspert Valeri Çeçelaşvili deyib.

Onun sözlərinə görə, Gürcüstan Cənubi Qafqazda sabitlik və əməkdaşlıq platformasının formalaşdırılmasında vacib rol oynaya bilər: “Bizim Azərbaycanla strateji tərəfdaşlıq, Ermənistanla mehriban qonşuluq münasibətlərimiz var. Bu, iki ölkə arasında illərlə davam etmiş münaqişəyə baxmayaraq, Gürcüstan ərazisində güclü azərbaycanlı və erməni icmaları birgə yaşayıb və yaşayır. Onlar arasında etnik zəmində heç bir qarşıdurma baş verməyib. Yeri gəlmişkən, bu məsələyə Azərbaycan Prezidenti İlham Əliyev də müsahibələrindən birində toxunmuşdu. O demişdi ki, azərbaycanlılar və ermənilər Gürcüstanda qonşuluqda olduqca dinc şəraitdə yaşayırlarsa, niyə digər yerdə yaşaya bilməzlər? Fikrimcə, bu, çox düzgün və sağlam düşüncədir. Bu cür yanaşmaların üstünlük təşkil edəcəyi halda, regionda daha çox imkanlar yaranacaq”.

V.Çeçelaşvili qeyd edib ki, Gürcüstan regional əməkdaşlığın komponenti ola bilər: "Əlbəttə, bu prosesdə əsas rol Azərbaycan və Ermənistan siyasətçilərinin üzərinə düşür. Cənubi Qafqazın gələcəyi Azərbaycan, Ermənistan və Gürcüstandan asılı olacaq. Ümid edirəm ki, zamanla bölgədə qarşılıqlı münasibətlər həm üç ölkədə sabitlik, rifaha və ümumilikdə regionun tranzit, turizm, investisiya potensialının cəlbediciliyinin artırılmasına yönəldiləcək. Bundan yalnız ölkələr deyil, bütün bölgə böyük fayda görəcək”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam