Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Britaniyalı ekspert:“2021-ci ildə Cənubi Qafqazda uzun müddətli sülh üçün əla fürsət yaranıb”

Britaniyalı ekspert: “2021-ci ildə Cənubi Qafqazda uzun müddətli sülh üçün əla fürsət yaranıb”

“2021-ci ili Cənubi Qafqazda uzun müddətdir geosiyasi baxımdan ağrılı yaraya çevrilən bir problemin həlli üçün uğurlu il saymaq olar”.

Yenixeber.org: Bunu Böyük Britaniya Birminqem universitetinin professoru, beynəlxalq təhlükəsizlik üzrə ekspert Stefan Vulff bildirib.

O qeyd edib ki, 2021-ci ildə Azərbaycan və Ermənistan arasında Sovet İttifaqı dağıldıqdan sonra ilk dəfə uzunmüddətli sülhün əsasını qoymaq üçün əla fürsət yaranıb:

“Hesab edirəm ki, ölkələr üçüncü tərəfin təzyiqlərinə qarşı güclü iradə nümayiş etdirərək buna nail olacaqlar. Cənubi Qafqaz bu sülhün əsasında dünyada yeni və strateji kommunikasiya mərkəzi olmağa başlayacaq ki, bu Ermənistan üçün də tarixi fürsət olar. Hesab edirəm ki, tərəflər 2022-ci ildə də ötən il əldə edilmiş imkanlardan məhsuldar formada yararlana bilərlər”, - deyə, o, vurğulayıb.

Ekspert qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi beynəlxalq normativlərin tələbi idi və bu, heç də hansısa revanşist qıcıqlara səbəb olmamalıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam