Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Moldovalı ekspert:"Qarabağda tarixi ədalət bərpa olunub"

Moldovalı ekspert: Qarabağda tarixi ədalət bərpa olunub

“Azərbaycan kimi Moldova da müstəqillik illərində ərazi bütövlüyünə can atırdı və indi də atmaqdadır. Ona görə də bir il əvvəl Azərbaycan ərazi bütövlüyünü bərpa edə biləndə biz ürəkdən sevindik”.

Yenixeber.org: Bunu Moldovanın tanınmış eksperti Yan Lisnevski bildirib.

O qeyd edib ki, bu qədər uzun sürən gərginlikdən sonra Qafqazda yenidən sülhün hökm sürməsi indi çox vacibdir:

“Qarabağda tarixi ədalət bərpa olunub və artıq döyüşmək üçün heç nə yoxdur. Gələcəkdə vəziyyəti normallaşdırmaq üçün lazımi körpüləri yaradan müqavilə var və bu müqaviləyə hörmət edilməlidir”, - deyə, Y. Lisnevski vurğulayıb.

Ekspert Moldova ilə Azərbaycan arasında münasibətləri yaxşı hesab etməklə yanaşı eyni zamanda iki ölkə arasında əlaqələrin gələcək inkişafı üçün hələ də böyük potensialın olduğunu düşünür:

“Azərbaycanlıların Moldovadakı fəallığına gəlincə, bu, çox yüksəkdir. Moldovadakı azərbaycanlıların sayəsində çoxları ölkənizə səfər etmədən Azərbaycana aşiq olublar. Axı Moldovada bir çox azərbaycanlı böyük bizneslə məşğuldur və əsl messenatdırlar. Məsələn, Vüqar Novruzov, Feyruz İsayev və Azərbaycan diasporunun digər hörmətli nümayəndələri yazıçılarımıza, bəstəkarlarımıza, digər sənət adamlarımıza, eləcə də digər mühüm sahələrə dəstək olublar və indi də dəstəklərini davam etdirirlər. Onlar çox-çox öncədən Moldovada Azərbaycanın müsbət imicini yaradıblar”, - deyə, o əlavə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam