Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Müharibənin astanasına çatmışdılar – Ərdoğan hərəkətə keçdi

 

Bosniya və Herseqovinada gərginliyin artmasından sonra Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın bu ölkənin prezident şurasının üzvü Bakir İzzetbeqoviçi qəbul etməsi ilə başlayan yeni diplomatik gəlişmə davam edir.

Yenixeber.org: Prezident Ərdoğan ötən gün İstanbulda Türkiyədəki Bosniya qeyri-hökumət təşkilatlarının nümayəndələrini qəbul edib.

Görüşdən sonra açıqlama verən Ərdoğan Türkiyənin bundan sonra ən güclü və fərqli şəkildə bosniyalıların yanında olmağa davam edəcəyini bildirib.

“Türkiyə” qəzeti Ərdoğanın Balkan məsələsində diplomatik trafikinin sıxlaşacağını yazıb. Türkiyə liderinin bu çərçivədə yaxın günlərdə Bosniya prezident şurasının üzvü və Serb Muxtar respublikasının başçısı Milorad Dodik, şuranın xorvat üzvü Zeljko Komsiç və bosniyalı Şefik Caferoviçlə görüşəcəyi gözlənilir. Prezident Ərdoğan adıçəkilən şəxslərlə görüşləri zamanı Balkanda sülh və sabitliyin bərqərar olması və qorunması ilə bağlı məsləhətləşmələr aparacaq.

Bundan başqa, Ərdoğan sentyabrda Serbiya Prezidenti Aleksandr Vuçiçlə də görüşüb.

Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu da Bosniya və Hersoqovinanı parçalamaqla və öz ordusunu yaratmaqla təhdid edən Dodik barədə açıqlama verib:

“Dodik deyir ki, Avropaya ehtiyac yoxdur, qoy Türkiyə bu işi görsün. Niyə? Çünki biz obyektiv yanaşırıq. Niyə? Biz buranın əmin-amanlığı, sabitliyi və iqtisadi inkişafı üçün böyük səylər göstəririk, kömək edirik”./teleqraf/


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam