Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ermənistanda vəziyyət getdikcə qızışır -“Rusiya məsələyə barmağını qoymalıdır“

Ermənistanda vəziyyət getdikcə qızışır:  “Rusiya məsələyə barmağını qoymalıdır“

Ermənistanda seçki ehtirası getdikcə qızışır. Müxalif liderlər seçicilərlə görüşdə Paşinyan iqtidarını sərt tənqid edərək onu ölkə maraqlarını satmaqda günahlandırır. Onlar hətta hakimiyyətə gələcəkləri təqdirdə "Qarabağın Azərbaycana verilməsinə" razı olmayacaqlarını da bildirirlər.

Yenixeber.org: Maraqlıdır, bu bəyanatlar nə dərəcədə real səslənir? Ermənistan müxalifəti 20 iyun seçkilərində hakimiyyətə gələcəyi təqdirdə, hərbi əməliyyatlar yenidən alovlana bilərmi?

Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri Qabil Hüseynli Yenisabah.az-a açıqlamasında müxalif qüvvələrin çıxışlarının sadəcə populizmdən ibarət olduğunu vurğulayıb:

“Ermənistanın hazırda Qarabağın alınması üçün lazım olan hərbi potensialı əldə etmək imkanı yoxdur. Real danışmırlar, xalqı aldadırlar.  Əgər bir ordunun şəxsi heyətinin yarıdan çoxu, texnikasının 85 faizi məhv edilibsə, ölkədə anarxiya hökm sürürsə və böyük ruh düşkünlüyü varsa, belə bir şəraitdə nədən söhbət açmaq olar? Onlar hansı vəsaitlə bunu edəcəklər? Bu, sadəcə yalanlarla xalqa kələk gəlməkdir və ona görə də baş tutmayacaq”.

Politoloq diqqətə çatdırıb ki, seçkilərdə Nikol Paşinyanın müəyyən qədər qabaqda olması müxalifət nümayəndələrini daha çox yalanlar satmağa vadar edir:

“Paşinyan hakimiyyətə gəlsə, dil tapmaq, müəyyən bir konsensus əldə etmək mümkün olacaq. Düzü, müxalifətin hakimiyyətə gəlmə şansını zəif hesab edirəm. Bunun baş verməsi üçün seçkilər saxtalaşdırılmalıdır, Rusiya məsələyə barmağını qoymalıdır, çünki Köçəryanı erməni xalqı qətiyyən hakimiyyətə buraxmaq istəmir. Digər parlaq bir şəxs də yoxdur. Seçkilər ədalətli, şəffaf keçəcəksə, Paşinyan qalib gələcək. Bu baş verməsə, deməli, Rusiya proseslərə müdaxilə edəcək”.

Sərhəddə baş verən təxribatlarla bağlı isə ekspert Azərbaycan xalqını ayıq olmağa səsləyib:

“Təxribat törətmək isə onların qanında var, bu, həmişə davam edəcək, ona görə də Azərbaycan xalqı ayıq olmalıdır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam